Dünya 09.04.2021 23:00

“Əsir”ə çevrilən terrorçular – Ermənistanın yeni şousu – TƏHLİL

Ermənistan hakimiyyəti və cəmiyyəti reallıq hissini itirib. Bu ölkənin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqinin bilərəkdən qarışıq salır. Bir müddətdir ki, Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və dövlətin başqa qurumlarının binaları qarşısında hakimiyyət rəsmiləri ilə Qarabağda itkin düşən, ölən, əsir və girov düşənlərin qohumlarının aksiyaları keçirilir. Rəsmi Yerevana noyabrın 10-da imzalanan bəyanatın şərtlərini yerinə yetirməkdənsə, diqqəti bu istiqamətə yönəltməyə, bununla da bəhs etdiyimiz sənəddəki öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.

Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir. Sənədin 8-ci maddəsində bu məsələlər nəzərdə tutulub: “Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”. Onun sözlərinə görə, hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Ceyhun Bayramov

Ceyhun Bayramov

Ermənistanda əsgər valideynləri övladlarının Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə davamlı olaraq etiraz, bu regionda saxlanılan Ermənistan ordusunun hərbçilərinin isə ölkəyə qaytarılmasını, tərxis olunmasını tələb edirlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və ölkənin başqa rəsmiləri, müxalifət liderləri isə bu məsələdən bir qayda olaraq bəhs etmir, cəmiyyətin bu haqlı tələblərini görməzliyə vururlar. Ermənilər hələ də bu suallara cavab axtarmaq istəmirlər: “Ermənistan əsgəri, hərbçisi, silahlısı Azərbaycanda niyə ölüb?”, “Onlar Qarabağda niyə itkin, əsir düşüb?”, “Hərbçi və ya mülki vətəndaşlığından asılı olmayaraq, Ermənistan vətəndaşı Azərbaycan ərazisində niyə terrorçuluq fəaliyyəti ilə məşğul olur?” və s. Ermənistan cəmiyyəti bu suallara obyektiv cavab tapmayanadək müstəqil ola bilməyəcək, inkişafdan geri qalacaq, regional təhlükəsizliyin təhdid mənbəyi olacaq.

Azərbaycana qarşı “əsir, girovların qaytarılması” ilə bağlı hay-küy salan, şüvən qoparan Ermənistan hakimiyyəti bəyanatın 4-cü və 7-ci maddələrini yerinə yetirməyib. 4-cü maddədə bildirilib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…”. Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgədə öz yerini möhkəmləndirsə də, Ermənistan silahlıları hələ də Azərbaycan torpaqlarındadır. Bu maddənin icrasını Rusiya da Ermənistandan tələb etmir. Rusiya sülhməramlıları gedən və getməyən erməniləri Qarabağa daşıyıb qurtarıb. Ancaq azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qaytıması üçün bəyanatın uyğun 7-ci maddəsinin icrası ilə bağlı görülən işlər yetərli sayılmır. Həmin maddədə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtdir. 30 il ərzində Ermənstan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina “əkiblər”. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur. Noyabrın 10-dan indiyədək minaya düşüb ölən və xəsarət alanlarla bağlı BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib, 8-i mülki şəxs olmaqla, 85-dən çox vətəndaş ağır yaralanıb.

Ermənistanın basdırdığı minaların partlaması nəticəsində Azərbaycan vətəndaşlarının həyatlarını itirməsi və ya xəsarət alması atəşkəsin pozulması anlamına gəlir. Onların və havadarlarının bu əməli bəyanatın müddəalarını icrasını ləngidir, onun həyata keçməsinə mane olur. Ermənistan hakimiyyəti, onu dəstəkləyənlər “əsir və girovların qaytarılması” kimi mövcud olmayan, “xristian abidələrinin qorunması” kimi az əhəmiyyətli məsələlərlə bağlı açıqlama versələr də, bəyanatın bəhs etdiymiz müddəalarının icrasından və minaların basdırıldığı ərazilərin xəritəsinin verilməsindən danışmırlar. Bu susqunluqla Ermənistanın Azərbaycan ərazisindəki pozuculuq fəaliyyətini dəstəkləyir, terrorçuları müdafiə edir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO