Dünya 05.06.2020 23:39

Etirazların COVID-19-a təsiri – artan narahatlıqlar – TƏHLİL - FOTO - VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) böyük kütlələr etiraz etmək üçün bir araya gəldiyi bir vaxt koronavirusun yayılacağına dair narahatlıqlar artır.

Rakus.az xəbər verir ki, ABŞ-ın İllinoys ştatındakı bəzi ərazilərdə etirazlar səbəbilə koronavirus testlərinin aparıldığı mərkəzlər bağlanıb. Bu isə virusun yayılmasına qarşı mübarizədə əngəl törədib.

Northwestern Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Dr. Robert Mörfi Birləşmiş Ştatlarda etirazların keçirildiyi vaxt insanların ölkənin təhlükəli pandemiyaya qarşı mübarizə apardığını unutduqlarını düşünür.

“COVID siyasətlə maraqlanmır. O, bir insandan başqasına yoluxmağı sevir. Buna görə də, siz özünüzü riskə atırsınız,” o deyir.

Çikaqonun meri Lori Laytfut da etirazların davam etməsinə baxmayaraq koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mart ayından bəri tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq planlarını açıqladığı gün açıqlamasında buna bənzər fikrilər səsləndirib.

“Bu risk gerçəkdir. Bu risk mövcuddur və yaxın gələcəkdə bizimlə olacaq. Siz təkcə özünüzü qorumaq üçün deyil, həm də ətrafınızdakı, evinizdəki insanları qorumaq üçün ehtiyat tədbirləri görməlisiniz, çünki indi sizin COVID-19-a yoluxma riskiniz daha yüksəkdir,” o deyib.

“Bu bizi geriyə doğru aparır. Ümid etdiyimiz kimi virusu nəzarət altına almaq əvəzinə, indi koronavirus halları ya eyni qalacaq ya da həta bir az da artacaq”, Dr. Robert Mörfi deyir.

Zorakılıqların artmaq riski səbəbilə İllinoysun İctimai Sağlamlıq Departamenti COVID-19 testi keçirən mərkəzləri bağlayıb. Bu isə test nəticələrinin əldə olunmasında ləngimələrə səbəb olub və tibbi icmanın virusun yayılmasına nəzarət etmək imkanlarına maneə törədib.

“Təsdiq olunan yoluxma hallarında azalma müşahidə olunancaq, çünki hazırda əvvəlki qədər insanı test etmirik. İnsanlar bayıra çıxamaqdan qorxur. Şəhərin mərkəzinə yaxınlaşa bilmirsən. İnsanlar hər zamankından daha çox evqə qalır,” Dr. Mörfi söyləyir.

Rush Universitetinin Tibb və Yoluxucu Xəstəliklər üzrə professoru Dr. Maykl Lin deyir ki, etirazlar azalandan sonra test imkanları əvvəlki səviyyəyə dönəcək, lakin bu etirazların virusun yayılmasına təsirlərini anlamaq bir az vaxt alacaq.

“Əgər hər hansı artım baş versə, bu, etirazlardan bir-iki həftə sonraya təsadüf edəcək, çünki virusun inkubasiya edib, simptomlarını biruzə verib və inasnların müalicəyə ehtiyac duyacağı dərəcədə kəskin olması bir-iki həftə vaxt aparır,” o bildirir.

Dr. Lin həmçinin deyir ki, virusun təkcə etirazçılar arasında yayılmaq ehtimalı var.

“Bağlı məkan əvəzinə açıq məkanda olmaq əslində virusu ələ almaq baxımından bizim üçün müsbət bir haldır. Çünki biz bilirik ki, virus daha çox havalandırmanın zəif olduğu bağlı məkanlarda yayılır. Açıq məkanlarla yolxuma riski daha az ola bilər. Günəşli havalarda ultra-bənövşəyi şüalar da virusu öldürə bilər. Amma yolxuma ilə bağlı nə isə demək çox çətindir,” Dr. Maykl Lin deyir.

Nümayişlərin videolarında insanların hamısının olmasa da, əksəriyyətinin maska taxdığı göstərilir ki, bu da mikrobların havaya buraxılmasının qarşısını ala bilər.

“Maska hər kəs onu taxdığı zaman nəticə verir,” Dr. Robert Mörfi deyir.

ABŞ-da koronavirusa yoluxma halları iki milyona yaxınlaşdığı bir vaxt bəzi amerikalılar sağlamlıq risklərini nəzərə alaraq nümayiş etmək haqlarından istifadə edir. Bu arada rəy sorğuları əksəriyyətin COVID-19-un qarşısını almağı prioritet olaraq gördüklərini göstərir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO