Finlandiya Bayden-Putin görüşünə ev sahibliyi etmək istəyir
Finlandiya ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin zirvə toplantısını qəbul etməyə hazırdır.
Rakus.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistyonun administrasiyasından bildiriblər.
“Finlandiya həmişə özünün xoşməramlı diplomatik xidmətini təklif edib. Potensial görüşə gəldikdə isə bunu təşkil etməyə hazır olduğumuz hər iki tərəfə bildirmişik”, – o deyib.
Məlumata görə, Finlandiya bu təklifi Vladimir Putinlə Sauli Niinistyo arasındakı telefon danışığınadək edib.
Bir müddət əvvəl Avstriyanın Xarici İşlər Nazirliyi Putinlə Baydenin görüşünə ev sahibliyi etmək istədiyini bildirmişdi.
Aprelin 13-də ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub. Cozef Bayden Vladimir Putinə üçüncü ölkə ərazisində görüşməyi təklif etmişdi.