Fransalı generallar Makronu istefaya hazırlayır
Fransada 20 general, 100-ə yaxın zabit və 1000-dən çox əsgər imzaladığı məktubla Emmanuel Makrona vətənpərvərliyi qoruma çağırışı edib.
Rakus.az xəbər verir ki, müvafiq məktub radikal sağçı “Valeurs Actuelles” saytında dərc olunub.
Fransanın çox sayda təhdid altında olduğu iddia edilən məktubda irqçilik əleyhinə ayrı-seçkiliyin cəmiyyətdə narahatlıq və nifrət yaratdığı bildirilir.
“İrqçilik” və “dekolonizasiya” kimi terminlərin irqçi müharibəyə aparacağı iddia olunur.
Məktubda vurğulanır ki, bu terminlərdən istifadə edənlər Fransanın ənənələrinə və mədəniyyətinə xor baxırlar, ölkənin keçmişindən uzaqlaşaraq dağılmasını görmək istəyirlər.
“Artıq susmağa yer qalmayıb, əks təqdirdə bu gün böyüyən xaos sabah vətəndaş müharibəsi ilə nəticələnəcək və sizin məsuliyyət daşıyacağınız minlərlə ölüm baş verəcək”, – qeyd edilir.