Karantin günlərində dənizdə əylənmək istəyən fransızlar qeyri-adi üsula əl atıblar – onlar şamandıra kimi maskalanıblar.
Rakus.az xəbər verir ki, buna baxmayaraq, polis onların zarafatını qiymətləndirməyib və hər birini 135 avro (249 AZN) məbləğində cərimələyib.
Xatırladaq ki, şamandıra (buy) – dənizdə gəmi yollarını hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün nəzərdə tutulmuş üzgəcdir.