“Gazprom” təbii qazın qiymətini endirdi
Rusiyanın “Gazprom” şirkəti Bolqarıstana satdığı təbii qazın qiymətini aşağı salıb.
Rakus.az xəbər verir ki, “Gazprom” Bolqarıstana satılan qazın qiymətini təxminən 40 faiz endirib.
“Bulgargaz”ın baş direktoru Nikolay Pavlov Baş Nazir Boyko Borisov və bir sıra digər rəsmilərlə keçirilən mətbuat konfransında deyib: “Gərgin danışıqlardan sonra qiymətdə böyük endiriminə nail olunub. “Gazprom”la əməkdaşlığımızın tarixində belə bir endirim olmayıb”.
O, müqavilədə razılaşdırılmış endirimli qiymətin 2019-cu il avqustun 5-dən etibarlı olacağını bildirib.
Baş Nazir B.Borisov isə “Gazprom”la 7 ay davam edən danışıqlardan sonra təbii qazın qiyməti üzrə imzalanan müqavilənin Bolqarıstan tərəfinə göndərildiyini söyləyib.
Təbii qazın endirimdən əvvəlki və sonrakı qiymətləri ilə bağlı açıqlama verilməyib.