Süveyş kanalında yolu bağlayan “Evergreen” konteyner gəmisi hərəkətə gətirilib.
Rakus.az xəbər verir ki, bu barədə “Inchcape Shipping” şirkətinin “Twitter” səhifəsində qeyd edilib.
Gəminin yerli vaxtla 04:30-da ilişdiyi yerdən çıxarıldığı bildirilir.
Kanalının nə zaman nəqliyyat üçün açılacağı bəlli deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin gözlədiyi vurğulanır.
Uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan “Evergreen” Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda ilişərək hərəkəti tam məhdudlaşdırıb.