Hadisə 12.06.2019 12:51

General-leytenant Muzrayev həbs olundu - FOTO

Moskvanın Lefortovo məhkəməsi ötən gün iyunun 11-də Volqoqrad vilayəti üzrə İstintaq idarəsinin keçmiş rəhbəri, ədliyyə general-leytenantı Mixail Muzrayevin barəsində həbs qətimkan tədbiri seçib.

Rakus.az xəbər verir ki, məhkəmənin mətbuat katibi Kseniya Pervolasenko Muzrayevin əvvəlcədən bir qrup şəxslə əlbir olaraq terror aktı həyata keçirməkdə ittiham olunduğunu bildirib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəsmi nümayndəsi Svetlana Petrenko bildirmişdi ki, Muzrayev Volqoqrad qubernatoru Andrey Boçarevə sui-qəsd işi üzrə saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Muzrayevlə birlikdə volqoqradlı sahibkar Vladimir Zubkov da tutulub.

İstintaqın məlumatına görə 2016-cı il noyabrın 16-da gecə Yevgeni Remezovun lideri olduğu mütəşəkkil cinayətkar qruupun beş üzvü Volqoqradın Traktorzavod rayonundakı fərdi evin ərazisinə daxil olub. Qrup üzvlərindən biri “tez alışan maye” ilə evin divarını yandırmağa cəhd edib. Həmin evdə qubernator Boçarev ailəsi ilə birlikdə yaşayırdı.

Müstəntiqlər aydınlaşdırıblar ki, hələ 2003-cü ildə Remezov şəhərin baş bələdiyyə bazarında 16.5 min kvadratmetr sahəni özünə sərfəli şərtlərlə icarəyə götürüb, daha sonra həmin sahəni fərdi şəxslərə, fermerlərə və kiçik sahibkarlara subicarəyə verib. Qubernator Boçarev isə icarəyə verilmiş həmin sahəni Remezovdan alıb və bələdiyyə mülkiyyətinə qaytarıb.

Bu məsələ barədə məhkəmə çəkişməsini uduzan Remezov başçılıq etdiyi cinayətkar qruplaşmaya qubernatoru öldürmək tapşırığı verib. Özü isə alibi əldə etmək üçün Rusiyanı tərk edib. Remezov qətl təşkil etmək, əmlaka qəsdən zərər vurmaq ittihamı ilə beynəlxalq axtarışa verilib. 2019-cu il mayın sonunda Remezov Moskvada tutulub və Volqoqrada aparılıb. General Muzrayevin onun ifadəsi əsasında tutulduğu təxmin edilir.

 

 

General Muzrayevin bu sui-qəsd planında hansı rol oynadığı açıqlanmır. Mixail Muzrayev 1959-cu ildə Volqoqrad vilayətində anadan olub. 1985-ci ildən prokurorluq orqanlarında işə başlayıb. 1988-1992-ci illərdə Volqoqrad vilayəti prokurorluğunun baş müstəntiqi işləyib. Həmin statusda 80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizmi alovlanmağa başlayanda Xankəndindəki iğtişaşları aradırmaq üçün SSRİ baş prokurorluğunun göndərdiyi isintaq qrupuna rəhbərlik edib.

2007-ci ildə Volqrad vilayəti üzrə İstintaq komitəsinin rəisi təyin olunub və həmin vəzifədə 2018-ci ilə qədər işləyib. 2019-cu ilin yanvarında isə Rusiya İstintaq İdarəsinin rəisi, general Aleksandr Bastrıkinin müşaviri təyin edilmişdi. (Virtualaz.org)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO