Ginekoloq yeni doğulan uşağın üzünü kəsdi
Rusiyada həkimlərin doğuş zamanı etdikləri səhv bir körpənin gələcəyinə təsir edib.
Rakus.az xəbər verir ki, ginekoloqlar yeni doğulan uşağın üzünü neştərlə kəsiblər.
Hadisə Çelyabinskdə baş verib. Kiştim şəhərində yaşayan 19 yaşlı hamilə qadın doğuş üçün xəstəxanaya müraciət edib. Burada ona təbii doğuş olacağı deyilib. Lakin həkimlərin səyinə baxmayaraq körpə doğulmayıb. Bundan sonra onlar təcili qeysəriyyə əməliyyatı qərarı veriblər. Lakin ana bətnindən çıxarılan uşağın üzünü neştərlə ehtiyatsız davrandıqları üçün kəsiblər.
Dünyaya gələn kimi kəsik yarası alan qız uşağının üzünə dərhal müdaxilə edilib. Onu qanaxması dayandırılıb. Lakin uşağın üzündəki ləkənin ömülük qalacağı deyilib.
Körpənin ailəsi həkimləri səhlənkarlıqda ittiham edir. Həkimlər isə ananın günahkar olduğunu deyirlər.
Rusiya Səhiyyə nazirliyi faktla bağlı araşdırmaya başlayıb.