Hadisə 13.02.2024 21:23

Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsini, törətdiyi qəddarlıqların ümumi mənzərəsini əks etdirən Gorus rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İran və Türkiyədən köçürülən ermənilərin Gorus xəyalı” adlı süjetdə Azərbaycanın tarix boyu inzibati, coğrafi məkan kimi müxtəlif proseslərdən keçdiyi, Qafqaza köçürülən ermənilərin zaman-zaman məskən saldıqları məkanlarda insanlığa qarşı vandal hərəkətlər törətdiyi bildirilir.

Qeyd olunur ki, Qərbi Azərbaycanın, indiki Erməniustanın Zəngəzur mahalı ərazisində yerləşən Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə -XVII-XVIII əsrlərdə Məlik Hüseynlilər tayfası idarə edib. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Çar Rusiyasının hərbi qərargahına çevirib.

Diqqətə çatdırılır ki, Gorus toponimi türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır və gorus türk etnonimi əsasında əmələ gəlib: “Gorusda 1823-cü ildə əksəriyyəti azərbaycanlı olmaqla 119 ailə  yaşayıb. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilib. Bununla da gəlmə ermənilərin hesabına əhalinin etnik tərkibi dəyişib. Gorus rayonu Zəngəzurda erməni daşnak mərkəzi kimi tanınıb və son əsrdə azərbaycanlılara qarşı daha sərt münasibətləri ilə seçilib. 1915-ci ildən başlanan qırğınlar nəticəsində azərbaycanlılar Gorus rayonundan qovulub və nəticədə Qafan, Meğri, Gorus, Sisyan Azərbaycandan həmişəlik qoparılaraq Ermənistana verilib. 1918-ci ildə Andranikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi, daşnak dəstələrinin uzun müddət burada at oynatması bu məkanda separatçı anti-türk daşnakların olduğunu sübut edən faktlardır”.

Bildirilir ki, 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olub: “Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndin adı erməniləşdirilib, 6 kənd isə tamamilə ləğv edilib. 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-in tərkibində ərazisi 752 kvadrat kilometr olan Gorus rayonu yaradılıb. 1988-ci ildə burada yaşayan  azərbaycanlılar həmin ilin sonunda Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalıblar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Zəngəzur mahalı ərazisində yerləşən Gorus, Qafan, Sisiyan, Meğri rayonları ləğv edilib. Bu rayonların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb”.

Sonda vurğulanır ki, Cənubi Qafqaza köçürüldükdən sonra ermə­nilər zaman-zaman bu ərazinin köklü sakinləri olan azərbaycanlıla­ra qarşı “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasəti həyata keçiriblər: “Əminik ki, bu bölgənin əsl sahibi olan  azərbaycanlılar ermənilərin məkrli siyasətini fiaskoya uğradaraq əzəli torpaqlarına sahib çıxmaq uğrunda aparılan haqlı mübarizədən qalib çıxacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Hadisə, Siyasi, Sosial / 13.02.2024 21:23
Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - FOTO - VİDEO
Siyasi / 13.02.2024 19:37
“Ermənistan sonuncu qatara da çatmasa, kənarda qalacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 13.02.2024 16:56
Ermənistan yenə aranı qatır – Aİ missiyası fəaliyyətinin birilliyi – TƏHLİL
Gündəm, Siyasi / 13.02.2024 16:32
Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO
Müsahibə / 13.02.2024 14:12
“Ermənistan Cənubi Qafqazın “bədənində şişdir” – MÜSAHİBƏ – ANONS - VİDEO
Hadisə, Sosial / 13.02.2024 13:51
Mənfur ermənilərin Gorus “hiyləsi” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 12.02.2024 20:35
“Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 12.02.2024 16:09
Pakistanın demokratiya sınağı – nicat həmrəylikdir – TƏHLİL - FOTO
Mədəni / 12.02.2024 14:22
Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb
Dünya, Siyasi / 12.02.2024 12:31
Paşinyan növbəti dəfə Azərbaycana böhtan atıb – BƏYANAT
Sosial / 12.02.2024 10:56
Basarkeçər rayonunun alimləri ilə GÖRÜŞ - FOTO
Gündəm, Siyasi / 11.02.2024 20:06
MSK seçkinin protokolunu Konstitusiya Məhkəməsinə göndərib - VİDEO
Gündəm / 11.02.2024 17:27
Prezident seçkisinin nəticələrinə dair protokolu MSK TƏSDİQLƏDİ
Hadisə, Maraqlı / 10.02.2024 22:12
“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib
Gündəm / 09.02.2024 15:02
Konstitusiya Məhkəməsinin 9 hakimi seçkinin yekunlarını yoxlayacaq - FOTO
Gündəm, Müsahibə / 09.02.2024 15:00
“İlham Əliyevin qələbəsi xalqın istəyinin, səmimi seçiminin ifadəsidir” – MÜSAHİBƏ
Mətbuat / 09.02.2024 14:37
“Ermənilərə “gavur” deyirdik” – Şöhrət Əliyevin “Həyat Hekayəsi” – ANONS
Müsahibə, Səhiyyə / 09.02.2024 11:00
Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”
Gündəm, Siyasi / 09.02.2024 10:37
Erməni diplomatlara Azərbaycana böhtan atmaq tapşırığı verilib – BƏYANAT
Siyasi / 08.02.2024 20:31
İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - FOTO - VİDEO
Mədəni / 08.02.2024 15:53
Xıdır Nəbi bayramı nədir?
Təhlil / 08.02.2024 14:20
İrəvanda azərbaycanlılar üçün evlər alınır – ANONS - VİDEO
Siyasi / 08.02.2024 13:25
“Frank Şvabe kimi əliqələmli səlibçilər Azərbaycana təsir göstərə bilməzlər” – BƏYANAT
Gündəm / 08.02.2024 03:05
Səslərin 93,3 faizi sayılıb: İlham Əliyev 92,05% səslə liderdir – MSK - VİDEO