Siyasi 22.01.2026 22:56

“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə Azərbaycanın yeni regional strategiyası, erməni  məhkumları Ermənistana təhvil verilməsi, “Göyçə” adının Ermənistan cəmiyyətində qıcıq yaratması və Qərbi Azərbaycan mövzusunun niyə manipulyasiya obyektinə çevrilməsindən bəhs edilir.

Bildirilir ki, Azərbaycan nə təzyiq edir, nə də geri çəkilir, yaratdığı yeni model Ermənistan cəmiyyətinə ünvanlanan sakit, amma sərt mesajdır: “Azərbaycanın yeni regional strategiyası ilə güc və humanizmi bir arada tutur. Neftin tranziti rəsmi Bakının sülhə  hesablanmış addımıdır. Təbii ki, bu məsələdə Baş nazir Nikol Paşinyana dəstək iddiası reallıq deyil, manipulyasiyadır”.

Qeyd olunur ki, Ermənistan hökumətinin Aparat rəhbəri Araik Harutyunyan Qərbi Azərbaycan anlayışından qorxuya düşüb: “Onun “teatr” və “nağıl” ritorikası “qorunma” mexanizmidir. Azərbaycan mətbuatında dərc olunan materiallar İrəvanı təşvişə salıb. “Basarkeçər” şərabının dünyada satılması və üzərindəki xəritə Ermənistan cəmiyyətini qarışdırıb, travma və reallıq toqquşması yaradıb”.

Sonda vurğulanır ki, rəsmi Bakı məhkumları Ermənistana təhvil verməklə region üzərində qurulan yeni oyunu pozub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 22-saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO
Gündəm / 20.01.2026 12:01
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gündəm / 20.01.2026 11:54
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO - VİDEO
Siyasi / 20.01.2026 11:22
Millətin azadlıq eşqini söndürə bilməyən qanlı cinayət
Gündəm / 20.01.2026 08:43
Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Gündəm / 20.01.2026 00:01
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Müsahibə / 19.01.2026 23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm / 18.01.2026 13:38
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Mədəni / 17.01.2026 23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial / 16.01.2026 23:50
“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.01.2026 14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 15.01.2026 23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO