Həkim səhlənkarlığından iflic oldu - FOTO - VİDEO
Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan əməliyyat bir gəncin həyatını alt-üst edib.
Rakus.az xəbər verir ki, bel nahiyəsində qıl dönməsi şikayəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Seymur Əlizadəyə dermatol kista diaqnozu qoyularaq əməliyyata alıblar.
Hadisə də elə bundan sonra baş verib. 15 dəqiqə davam edən əməliyyat sonrası xəstənin vəziyyəti ağırlaşıb və o, komaya düşüb.
Məsələ ilə bağlı həm Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovla, həm də cərrah Fəxrəddin Nəzərli ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Baş həkimin müavini Asif Əliyevlə əlaqə yaratdıq. Onun cavabı isə belə oldu:
“İş prokurorluqdadır, gedin, işinizlə məşğul olun”.
Qeyd edək ki, yatağa məhkum olan Seymur Əlizadə yaxın günlərdə ata olacaq. ( Oxu.az)
Daha ətraflı videosüjetdə: