Hərbiçilərimiz konfransında iştirak edir - FOTO
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları – 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.
Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.
“Beynəlxalq ordu oyunları – 2019” yarışlarının cari ilin avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.