Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni vandallarının Azərbaycan ərazilərinə hücumu ilə bağlı paylaşım edib.
Rakus.az xəbər verir ki, prezident köməkçisinin “Twitter” səhifəsindən etdiyi paylaşımda qeyd edilir:
“Erməni silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində sıx məskunlaşılan mülki ərazilərə raket və mərmilərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyinin və təşviş içində olmasının əlamətidir. Azərbaycan güclüdür”.