Dünya 24.11.2019 23:39

Honkonq – etirazdan seçkilərə gedən yol – TƏHLİL - FOTO

Bir həftədən çoxdur mühasirədə olan Honkonq Universiteti etiraçılardan tam boşaldılıb.

Rakus.az xəbər verir ki, şəhərin diqqəti yerli seçkilərə yönəldiyi bir vaxt, orada yalnız bir neçə gizlənən etirazçı qalıb.

Mühasirənin sonuna doğru Kovlun adasında yerləşən Politexnik Universitetindəki etirazçılar kampusu tərk etməyin yollarını axtarır, digərləri isə təslim olmayacaqlarını vəd edirdi. Bu, iyun ayında hökümət əleyhinə etirazlar başlayandan bəri yaşanan ən pis zorakılıqlardan bir neçə gün sonraya təsadüf edib.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

“Əgər onlar hücum etsə, bizim gizlənməyimiz üçün çox yer var” – deyə, 21 yaşlı tələbə Sem bildirib.

Bir digər etirazçı Rod sonuna qədər universitetdə qalacağına söz verib. “Bizim mesajımız açıqdır: biz heç vaxt təslim olmayacağıq”, – o deyib.

Çinin idarə etdiyi bu şəhərdə blokada zamanı minə yaxın insan həbs olunub. Onların, təxminən, 300-ün yaşı 18-dən aşağıdır.

Polis kampusun ətrafına plastik barrikadalar və çəpərlər yerləşdirib. Gündüz saatlarında zabitlər vətəndaşlara barrikadalara tərəf yaxınlaşmağa icazə verib, ətrafdakı mağazalar işlərini bərpa edib.

Kampus boyu yerlərə zibillər və istifadə olunmamış molotov kokteylləri dağılıb. Kampusun girişində yerə Pepe adlı yumşaq oyuncaq qurbağa atılıb. Bu oyuncaq etirazçıların hərəkatlarının simvoluna çevrilib.

Rekord 1104 nəfər bazar günü keçirilən seçkidə rayon şurasındakı 451 yer uğrunda mübarizə aparmağa hazırlaşır.

7.4 milyon əhalisi olan Honkonqda rekord sayda 4.1 milyon insan seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib. Buna həm də aylardır davam edən etirazlar boyu aparılan qeydiyyat kampaniyaları səbəb olub.

Gənc demokratiya tərəfdarları bir zamanlar Pekin tərəfdarı olan namizədlərin tutduğu yerlərə namizədliklərini irəli sürüb.

Etirazların şiddəti iyun ayından bəri artıb. Nümayişçilər Çinin sabiq Britaniya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil verilərkən Honkonqa vəd olunan azadlıqlara müdaxilə etməsinə etiraz edir.

Pekin Honkonq idarə olunduğu “bir ölkə, iki sistem” sistemini davam etdirmək niyyətində olduğunu söyləyir. Çin Asiyanın maliyyə mərkəzi hesab olunan Honq Konqun işlərinə müdaxilə etdiyini inkar edir və xarici hökümətləri oradakı vəziyyəti qarışdırmaqda ittiham edir.

Donald Tramp və Şi Tsinpin
Donald Tramp və Şi Tsinpin

ABŞ Prezidenti Donald Tramp cümə günü “Fox News” kanalına müsahibəsində bildirib ki, o, Çin prezidenti Şi Tsinpinə etirazları boğmasının iki ölkə arasında 16 aydır davam edən ticarət müharibəsinə son qoymaq səylərinə “böyük mənfi təsir” göstərəcəyini söyləyib.

“Mən olmasam, Honkonq 14 dəqiqədə məhv olardı” Tramp heç bir sübut irəli sürmədən bildirib.

“Onun Honkonqdan kənarda olan amma şəhərə daxil olmayan milyonlarla əsgəri var və buna səbəb mənim ona ‘xahiş edirəm bunu etmə, yoxsa böyük səhv etmiş olarsan. Bunun ticarət razılığına mənfi təsiri olacaq’ deməyim olub, çünki o ticarət razılığının əldə olunmasını istəyir”, – Tramp deyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO