İcra başçısı postlarda xidmət aparan polislərlə görüşdü - FOTO
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün ilə elan edilmiş xüsusi karantin rejiminin təmin olunması məqsədi ilə rayon ərazisində qurulan polis nəzarət postlarında olub, burada xidmət aparan polis əməkdaşları ilə görüşüb, onların xidməti ilə maraqlanıb.
Rakus.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, koronovirus epidemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Füzuli rayon poliş şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, rayon ərazisində insanların hərəkətinin tənzimlənməsi məqsədilə nəzarət postları təşkil edilib.
Polis əməkdaşları həmçinin rayonun bütün yaşayış məntəqələrində insanlar arasında maarifləndirmə-xəbərdarlıq işləri aparır, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələrini, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmalarını, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələrini, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələrini tövsiyə edirlər.
Alı Alıyev gecə-gündüz yorulmadan xidmət aparan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri nəzarət postlarında xidmət aparan polis əməkdaşlarına ərzaq bağlamaları veriblər.