Hadisə 19.05.2019 14:16

İcra başçısı şikayətçini həbs etdirdi - VİDEO

Bu ilin aprel ayının 22-də “Youtube” sosial şəbəkəsi vasitəsilə prezident İlham Əliyevə müraciət edən gənc həbs olunub.

Rakus.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. Dörd aylıq hamilə olan Rəna Axundovanın prezidentə müraciətini olduğu kimi təqdim edirik:
“Hörmətli Prezident!
Mən Saatlı rayon sakini, Axundova Rəna Rafiq qızı yazıb Sizə bildirmək istəyirəm ki, həyat yoldaşım Axundov Vüsal Əlibala oğu ilə 2016-cı il, may ayının 22- də ailə qurmuşuq. Həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu hər iki valideyinini itirib. Mən özüm Saatli rayon, Qırağlı kəndi, V.Ezimov adına orta məktəbdə müəllimə işləyirəm. Bir övladımız var. Sosial durumumuz olduqca çətindir. Bununla bağlı yoldaşım dəfələrlə iş üçün Saatlı rayon İcra Hakmiyyətinə, Saatlı rayon Məşğulluq İdarəsinə müraciət etsə də bizə heç bir köməklik olmayıb. Həyat yoldaşım rayon rəhbərliyinə dəfələrlə müraciət edəndən sonra, internet üzərindən Sizə video müraciət ünvanladı.
Bundan sonra rayon rəhbərliyi yoldaşımı rayon icra hakimiyyətinə çağırıb Sizə müraciət etdiyinə görə hədə-qorxu gəldi. İcra hakimiyyətindən bildiriblər ki, rayonda işi versək biz verəcəyik, ölkə başçısına müraciət etməyinin xeyri yoxdur. Bu hadisədən sonra may ayının 3-də Saatlı rayon icra başçısının köməkçisi Zaur, yoldaşımı yanına çağıtdırıb ona “Kapital” banka məxsus kart verib ki, bu kartdan hər ay 173 manat çıxart və ehtiyaclarını ödə. Həyat yoldaşım rayon icra başçısının koməkçisi Zaur bəyə bildirib ki, bu pulla mən ailəmin, bir azyaşlı övladımın maddi çətinliklərini ödəyə bilmirəm. Xahiş edirəm mənə işləmək üçün bir iş verin. Bu barədə çoxsaylı müraciətlər olunsa da heç bir işlə təmin olunmadı.
May ayının 15- da tezdən işə gedəndə azyaşlı övladımı da həyat yoldaşımla bağçaya yola salmışam.  Günorta dərsdən evə gələndə məlum olub ki, həyat yoldaşım dostu Qarabağ müharibə Qarabağ qazisi Səbuhi ilə Səbuhinin hər hansı bir işi üçün rayon icra hakimiyyətinə gedib. Orada həyat yoldaşıma polis hücum edib, döyüb və onu qanunsuz olaraq 10 günlük həbs ediblər. Bu barədə heç bir məlumat verilmir. Rayon polis şöbəsindən bildiriblər ki, Axundov Vüsal polisə əl atdığına görə onu həbs ediblər.
Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, bu ağ yalandır. Həyat yoldaşım o fiziki gücə malik deyil ki, on nəfər polis əməkdaşı olan zaman Axundov Vüsal polis əməkdaşına əl qaldırsın. Bu hadisə Rayon İcra Başçısının göstərişi ilə baş verib. Yazıb Sizə bildirmək istəyirəm ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov rayon sakinlərinə qarşı çox sərt, kobud rəftar edir. Mətbuatda yayılan xəbərlərdən də aydındır ki, Siraqəddin Cabbarov dəfələrlə qəbula gedən rayon sakinlərini alçaldıb, təhqir edib.
Bu yaxınlarda Saatlı rayon sakini Şamil Hacıbəylinin qızının toyunun keçirilməsinə icazə verməyib. Cənab Prezident, Sizin ölkədə bir çox sahədə islahatlar həyata keçirdiyiniz, dəfələrlə rayonlara səfərlər etdiyiniz, insanlarla görüşləriniz, Şamaxıda baş verən zəlzələ zamanı da rayona səfərlər etməyiniz, evləri dağılmış insanlarla görüşməyiniz, şəhid ailələrini qəbul etməyiniz, siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzalamağınız xalqımız tərəfindən böyük sevgiylə qarşılanıb. Çox təəssüflər olsun ki, Sizin apardığınız islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldurlar. Cənab Prezident, bu müraciətdən sonra mən həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu kimi həbs olunacağımdan və yaxud işimdən azad olunacağımı nəzərə alıb Sizdən təhlükəsizliyim və həyat yoldaşımın qanunsuz olaraq azad olunması üçün köməyinizi istəyirəm. Çox xahiş edirəm mənə kömək edin. Bir azyaşlı körpə övladımı, və dörd aylıq hamilə olduğum üçün çox pis vəziyyətdə qalmışıq”. (Qaynarinfo)
Xatırladaq ki, Prezidentin 17 may tarixli sərəncamı ilə Siracəddin Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sabirabad  Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO