Kriminal 28.08.2019 12:02

İcra başçısının qardaşı oğlu ortağını boru ilə döydü  

Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi dəmir boru ilə döyüb.
Rakus.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin özü məhkəmədə deyib.
Dələduzluqda ittiham edilən Xəyyam Balayev ötən həftə məhkəmədə həbs olunub. İndiyə qədər onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
33 yaşlı Xəyyam Balayev məhkəmədə belə deyib: “Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub».
Yalçın Abdullayevin əmisi Vaqif Abdullayev 2012-2018-ci illərdə Beyləqan rayonunun icra başçısı olub. Əhvəlat, yəni 1 milyon dollara yaxın pulun biznes üçün X.Balayevə verilməsi də bu dövrə təsadüf edir.
İndi Vaqif Abdullayevin qardaşı oğlu iddia edir ki, Xəyyam Balayev birgə biznes qurmaq adı altında onun 965 min dollarını alıb və mənimsəyib.
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanan X.Balayev özünü təqsirli bilmir, deyir ki, çoxdan bizneslə məşğul olur. Onun sözlərinə görə, Y.Abdullayevlə birgə iş təklifi onun özündən gəlib:
“Mən Elçin Əliyevlə steklovat (şüşə-pambıq üzlük, izolyasiya materialı-red.) alışı-satışıyla məşğul olurdum. Mal bizə, əsasən, Türkiyədən göndərilirdi. Yalçın Abdullayevi də Elçinin vasitəsilə tanımışam. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə birlikdə iş görməyi təklif elədi. Mən ona Elçinlə işim haqda danışmamışdım. Özü məlumatlı idi, buna görə təklif də ondan gəldi. Dedi ki, steklovat işinə başlamaq istəyir. Düzdür, ondan pul alınıb, iş görülüb, sonra da geri qaytarılıb. Mən bu gün niyə həbsdəyəm, bilmirəm”.
X.Balayev deyir ki, zərərçəkən tərəf ona və yaxınlarına təzyiq edir, hədələyir. Ölümlə hədələndiklərini iddia edən təqsirləndirilən şəxsin sözlərinə görə, bu işdə onun əleyhinə heç bir mötəbər sübut yoxdur: “İşdəki səs yazısı da sübut kimi qəbul oluna bilməz. Çünki məni döyüb, zorla o sözləri dedirdiblər”.
X.Balayevin vəkili sözügedən səs yazısının qanunsuz yolla əldə edildiyini əsas gətirib sübutlar siyahısından çıxarılması, bir də müvəkkilinin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.
Zərərçəkən Y.Abdullayev özü məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. Vəkil döyülmə, zorla səsyazma kimi ittihamlara cavab verməsə də, pulun qaytarılmadığını söyləyib.
42-yaşlı Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.
X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Məhkəmə işi bu gün – avqustun 28-də davam edəcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO