Dünya 28.06.2019 17:44

İcra hakim: O məktubu sənin ağzından soxub… - FOTO - VİDEO

Özbəkistanda yerli icra hakimiyyəti rəhbərlərinin tabeçiliklərindəki məmurlarla “dövlətçilik janrında” daha bir “tərbiyəvi söhbətinin” audioyazısı yayılıb.

Rakus.az xəbər verir ki, bu dəfə Əndican vilayətinin hakimi (icra hakimiyyətinin başçısı) Şöhrət Abdurəhmanov yerli müəssisə və təşkilat rəhbərlərinin iclasında iştirak edənlərə, o cümlədən vilayət səhiyyə idarəsinin rəhbərinə ağır söyüşlər yağdırıb. Abdurəhmanovun çıxışının audioyazısını “Azadlıq” radiosunun özbək xidmətinin redaksiyasına ötürüblər. Audioyazı 2 saat 36 dəqiqə davam edir.

Audioyazını göndərən mənbə bildirib ki, həmin səs yazısı iyunun əvvəllərində vilayətin Paytuq şəhərində keçirilmiş yığıncaqda qeydə alınıb. Yerli təşkilat rəhbərlərindən biri həmin səs yazısının icra hakiminə aid olduğunu təsdiqləyib.

Belə məlum olur ki, icra hakimi yerli səhiyyə idarəsinin rəhbərinin Əndicandakı zavodda istehsal olunan və yerli xəstəxanalara verilən  şprislərin keyfiyyətsiz olduğu haqda səhiyyə nazirinə ondan xəlvəti yazdığı məktuba görə qəzəblənib. Səhiyyə naziri isə həmin məktub əsasında Baş prokurorluğa şikayət yazıb.

“Sən nəyə görə mənə ağıl öyrədirsən ey, vilayət səhiyyə idarəsinin rəhbəri, zibil, “mraz”, cındır. Mənə de görüm sən ümumiyyətlə nəsə barədə məlumatlısan?! Sən nə xəstəliklər haqda bilirsən, nə heç bir şey haqda! Sənin o nazirin, o zibil bu yaxınlarda gəldi yanıma, yaltaqlandı, sonra Əndicandan qayıdıb baş prokurora yazdı ki, guya mən tender keçirmədən keyfiyyətsiz şprisləri və əlcəkləri xəstəxanalara verirəm. Sən “mrazsan”, düdüksən, sabah səni məhv edəcəm, zibil. Baş prokuror mənə deyir: “Şöhrət əkə, nazirlə danışın, o sizdən Baş prokurorluğa məktub yazıb”. Sənin şprislərlə bağlı nə iradın ola bilər, zibil? Əgər sən tibb işçisi kimi nəsə qanırsansa bu şprislər necə keyfiyyətsiz ola bilər?”,-Şöhrət Abdurəhmanov vilayət səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanova  deyir.

 

Bu vaxt səhiyyə rəhbəri icra hakiminə nəsə cavab verməyə çalışır, amma icra hakimi daha da qəzəblənir.

“Əgər sən etiraz etmişdinsə nəyə görə nazirin belə eləyib? Axı nəzarət-təftiş idarəsi mənim yox, sənin evinə gəlmişdi. Sən hara baxırdın, zibil? Nəyə görə onun əlindən tutub demədin ki, gəl hakimin yanına gedək? İt, deyirsən ki, şprislər və əlcəklər keyfiyyətsizdir, bəs bu haqda mənə niyə heç nə deməmisən?! Sən zibilsən, iki cəbhəyə işləyirsən! Sənin dilini qopardacam, “mraz”, dilini qopardıb d….soxacam! Sən mənimlə oyun oynamaq istəyirsən, impotent? Mənə yaxşı qulaq as, bu gün hakimiyyət mənim əlimdədir! Sizin ikinizi də doğrayacam, zibillər!”,-icra hakimiyyəti qışqırır.

Ş.Abdurəhmanov “alovlu” nitqinə davam edərək şprisləri və əlcəkləri niyə Daşkənd firmalarından yox, Əndicandakı zavoddan aldığı haqda da danışır.

“Daşkənddən hansısa zibil haradansa şpris idxal edir. Bir neçə adam isə yuxarıda bundan 15-20 faiz olmaqla öz haqqını alır. İndi isə onlar qorxuya düşüblər ki, payları əldən çıxacaq! Mən də ora pul köçürmürəm, deyirəm ki, öz zavodlarımızdan alacam. Bütün o baş həkimləri yığdım, hansı ki, başları p…dadır. Axı mən sənin xəstəxanana da getdim, hansı ki, ömrümdə getməmişdim. Hamını toplayıb dedim: “Budur sizə şprislər, budur sizə əlcəklər, əgər keyfiyyəti ilə bağlı hansısa iradlarınız varsa deyin. Hamısı arxalarını qısıb susdular. Hazırda mənim şpris zavodumda 150 adam işləyir, əgər mən bu şprisləri sata bilməsəm adamlar maaş ala bilməyəcəklər. Bu zavod mənə vergi ödəyir. Sahibkar pul qoyub, zavod tikib. Mən kömək etməsəm sabah müflis olacaq. Nəyə görə mən iki daşkəndlinin çaldığı düdüyə oynayıb onlardan şpris almalıyam?! Bu itlər həmin düdüyün (nazirin) yanına gedib məktub yazdırıblar. Yazıblar ki, mən keyfiyyətsiz mal buraxıram. Nədir burda keyfiyyətsiz?! Sən əvvəlcə bunu sübut elə, “mraz”!”-Abdurəhmanov qışqırmaqda davam edir.

Bu vaxt kimsə zaldan nəsə deməyə çalışır, amma hakim söyməkdə davam edir. “Mən Baş prokurorluğa yazdığın həmin məktubu gətirib sənin ağzına soxacam, dalından çıxaracam”,-o, səhiyyə idarəsinin rəhbərinə deyir.

Əndican vilayət səhiyyə idarəsinin əməkdaşlarından biri deyib ki, icra hakimi ilə səhiyyə idarəsi rəhbəri arasında münaqişə əndicanlı həkimlərin səhiyyə nazirinə müraciətindən sonra yaranıb.

“Vilayət hakimi bütün rayon səhiyyə şöbələrinə əmr edib ki, büdcədən ayrılan pullar hesabına şprisləri və əlcəkləri ancaq Əndicandakı zavoddan alsınlar. Lakin həkimlər Səhiyyə Nazirliyinə həmin şprislərin və əlcəklərin keyfiyyətsiz olduğu haqda şikayət yazıblar. Bundan sonra Daşkənddən işçi qrupu gəlib, vəziyyəti öyrənib və hakimə izah edilib ki, düz eləmir. Bu da hakimi qəzəbləndirib, ona görə səhiyyə idarəsinin rəhbərini söyüb və iclasdan qovub. Yəni maraqların toqquşması baş verib. Hakim istəyir ki, malı ancaq ondan alsınlar, vilayət səhiyyə idarəsində isə malı kimdən hansı qiymətə almaq məsələsində qərarı özləri vermək istəyir”,-mənbə deyib.

İyunun 27-də, bu səs yazısının yayılmasından sonra sosial şəbəkələrdə xəbər yayılıb ki, Əndican səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanov işdən çıxarılıb. Lakin həmin gün “Azadlıq” radiosu ilə telefon söhbətində Abdurəhmanov bu informasiyanı təkzib edib, icra hakiminin onu söydüyünü “xatırlamadığını” bildirib. (Virtualaz.org)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO