Təhlil 21.07.2025 17:14

İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda iştirakçılarla görüşüb, açıqlamalar verib.

O, Cənubi Qafqazdakı layihələrdən, Zəngəzur dəhlizi və Rusiya-Ukrayna müharibəsindən də bəhs edib. Dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı dəhliz məsələsi başlıca mövzu olub.

Özbəkistanlı jurnalist Şerzodxon Kudratxucanın “keçən həftə Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla Sizin aranızda tarixi görüş oldu. Bu, niyə vacibdir? Niyə bu, son dərəcə mühümdür?” sualına cavabında Prezident deyib ki, bu arteriya, sözsüz ki, bir çox ölkələri birləşdirəcək.

Dövlət başçısı Azərbaycanın Ermənistan və İranla sərhədə qovuşana qədər dəmiryolun tikintisini başa çatdırdığını vurğulayıb. O, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmiryolun Azərbaycan hissəsinin hazır olacağını deyib.

Prezident bu yolun əhəmiyyətindən danışmaqla yanaşı, ona qarşı çıxanlara da cavab verib. Bildirib ki, bu dəmir yolunun Ermənistan hissəsi sovet dövründə Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Bununla həmin ərazinin əsl sahibinin Azərbaycan olduğu beynəlxalq ictimaiyyət və regional dövlətlərin diqqətinə çatdırılıb.

Dövlət başçısı Zəngəzur yoluna nəzarəti həyata keçirəcək mümkün xarici operator məsələsinə də aydınlıq gətirib: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.

Yolun Ermənistan hissəsinə nəzarətlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə İrəvanda Zəngəzur yolunun xarici ölkələrdən birinə nəzarətə verilməsi ilə bağlı açıqlaması da Azərbaycanın sülhməramlı mövqeyinin nümayişi idi. Çünki İran və Ermənistanda hay-küy salaraq belə təbliğat aparılır ki, guya Azərbaycan Zəngəzur bölgəsində nəzarəti ələ keçirəcək. Prezident bu açıqlaması ilə xarici operator məsələsinə rəsmi Bakının mövqeyini bir daha açıqlayıb.

Başqa sözlə, dövlət başçısı “hər dövlət öz ərazisindəkilərə cavabdehdir” ismarışı verib. Prezident rəsmi İrəvanın Azərbaycanla-Ermənistan arasındakı müvəqqəti sərhədə Avropa İttifaqı missiyasını yerləşdirməsi məsələsini də yada salıb: “Sabah ona görə Ermənistan istənilən ölkəni dəvət edə bilər. Bizim üçün isə başlıca məsələ odur ki, mən Əbu-Dabidə həmkarıma dedim ki, bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Və bu Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir”.

Prezidentin Zəngəzur yoluna dair bu açıqlamasını beynəlxalq ictimaiyyətə, Yaxın Şərq ölkələrinə çağırış olaraq dəyərləndirmək olar.

Dövlət başçısının mühüm çağırış və mövqelərindən biri də Rusiya-Ukrayna müharibəsinə dair fikirləridir. Prezident bir daha beynəlxalq hüququn ərazi bütövlüyü və suverenliyin pozulmaması prinsipinə sadiqliyini, habelə BMT Nizamnaməsinin uyğun məsələyə dair maddəsini müdafiə etdiyini bir daha bəyan edib.

Ukraynadan olan jurnalist Dmitro Qordonun Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı sualına Azərbaycan liderinin cavabı çox aydın, ədalətli və obyektiv olub. O, əvvəllər bu müharibə və Ukrayna ilə bağlı verdiyi açıqlamalara işarə edərək sovetlərin son illərində və sonrakı dövrdə Azərbaycanın çətinliklərindən bəhs edərək deyib: “Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular”.

Dövlət başçısı Azərbaycanın o illərdə üzləşdiyi çoxsaylı problemlərdən danışaraq, həmin dövrdə mərhum Prezident Heydər Əliyevin hakimiyyətə gəlişini xatırladıb: “Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi”.

Prezident Qarabağ və ətraf rayonların işğaldan azad edilməsində Azərbaycan rəhbərliyi və xalqının nümayiş etdirdiyi birliyin vacibliyini də vurğulayıb: “Son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər. Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!”.

Dövlət başçısı bununla torpaqlarının işğaldan azad edilməsi yolunda Azərbaycanın təcrübəsini sanki Ukrayna ilə bölüşüb.

Doğrudan da 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupu həmsədr ölkələri və başqalarının fəaliyyəti Azərbaycanın məğlubiyyət və torpaq itkisi ilə razılaşmaya köklənmişdi. Rusiya, Fransa və ABŞ bu problemin həllində Ermənistanı bu və ya başqa yolla müdafiə edir, dəstəkləyirdi. Həmin illərdə rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni, beynəlxalq hüquq normalarını görməzlikdən gələn beynəlxalq ictimaiyyətin maddi, mənəvi təzyiqlərinə dözüm nümayiş etdirmişdi. Hətta ABŞ konqresi “Azadlığı müdafiə aktı” əsasında Azərbaycana qarşı “907 saylı düzəliş” adlı sanksiya tətbiq etmişdi. İşğalçı Ermənistan isə sanki Azərbaycan torpaqlarını işğal etdiyi üçün mükafatlandırılırdı. Ona heç bir beynəlxalq səviyyəli təzyiqlər edilmirdi, əksinə, müxtəlif layihələrlə yardımlar edilirdi və bu yardımlar davam etməkdədir.

Beynəlxalq müdafiə və dəstək baxımında Ukraynanın vəziyyəti daha uğurlu sayılır.

Dövlət başçısı forumdakı açıqlaması ilə rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyini bir daha vurğulayıb. Bu, Azərbaycanın işğala, müstəmləkəçiliyə qarşı olduğu, beynəlxalq hüququ müdafiə etdiyinə dair çağırışı, ismarışıdır.

Prezident İlham Əliyevin bu çağırışları Azərbaycanın işğaldan azad etdiyi Qarabağda – Xankəndidə etməsi də özəl mahiyyət daşıyır. Bu, Azərbaycanın regional və qlobal əhəmiyyətinin göstəricisidir. Beynəlxalq ictimaiyyət artıq bu ardıcıllığına, azadlıq və ərazi bütövlüyünə hörmət etdiyinə görə Azərbaycanla sayğı ilə davranır. Azərbaycanın sözü imzası ilə eynidir.

Zəngəzur yolu layihəsi, “Ukraynaya işğala tabel olma” çağırışı da rəsmi Bakının yürütdüyü siyasətin, malik olduğu vasitələrdən dövlətin ərazi bütövlüyü, suverenliyi və rifahı istiqamətində düzgün istifadəsinə nümunədir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO