Hadisə 29.03.2024 21:57

“İnsan yaşlandıqca Vətənin həsrətini daha çox çəkir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “İnsan yaşlandıqca Vətənin həsrətini daha çox çəkir” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd sakini Tanrıverdi Mustafayevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və orta məktəb illərinin maraqlı keçdiyini, Novruz bayramının təzə il kimi qeyd olunduğunu, hər il mayın 1-də bulaq üstə getdiklərini söyləyib: “Valideynlərimizin hamısı zəhmətlə məşğul idi. Özümüz də uşaqlıqdan zəhmətə öyrəşirdik. Biz bütün dərslərə  mükəmməl hazırlaşırdıq, hamıda həvəs var idi. Yay vaxtı yaylaqlara köçərdik, 3 ay biz yaylaqlarda olardıq. Bunların heç biri unudulmur. Uşaqlıq xatirələrimiz həmişə bizi ora çəkir”.

Onun sözlərinə görə, yaşadıqları kənd göllərin əhatəsində yerləşdiyinə görə adı Gölkənd qoyulub: “1987-ci ildə aspiranturaya qəbul oldum və 1988-ci ildə deportasiya başladı. Bilirsiniz, biz uşaq olanda erməni məkrliyini çox hiss etmirdik. Çünki bizim kəndlərin heç birində erməni yaşamırdı. Biz rayona fənn olimpiadalarına gedirdik. Hələ 1977, 1978 və 1979-cu illərdə ermənilərin bizə qarşı aqressiyaları var idi. Bizə erməni uşaqlar pis baxır, öz dillərində  söyürdülər. Hətta dava da düşüb, onları döymüşük”.

T.Mustafayev söyləyib ki, o vaxt Gölkəndi Qarabağda yaşayan erməni kəndlərinin biri ilə dəyişdirəcəkdilər: “Belə söhbətlər gedirdi, amma heç kim inanmırdı. Onda mənim anam və kiçik qardaşım kənddə qalırdı. Dekabrın 3-də əmimgil maşın tutmuşdular. Karvansara tərəfdən yolu ermənilər bağlamışdılar. Anamgil Çəmbərək yolu ilə Gədəbəyə, ordan da Bakıya qədər soyuq havada üstüaçıq QAZ-51 maşında gəlmişdilər. Heç nə götürməmişdilər, heç qapını da bağlamamışdılar”.

O, Vətən həsrətinin çox ağır olduğunu, insan yaşlandıqca Vətənin həsrətini daha çox çəkdiyini vurğulayıb: “Harada yaşamağımızdan asılı olmayaraq uşaqlıq illərində keçirdiyimiz günlərin həsrətindəyik. İnanıram ki, biz doğma yurdumuza yenə qayıdacağıq. 40 ilə yaxındır yurdumuzdan uzaq düşümük, gəzdiyimiz o cığırları ot basıb. O cığırlar, yollar bizdən ötrü darıxır. Onlar da bizi gözləyir. Səbirsizliklə o qayıdış gününü gözləyirəm. Bu inam bizdə müzəffər Ali Baş Komandanımızın 44 günlük ikinci Qarabağ müharibəsində qələbəsindən sonra daha da artıb. Əminəm ki, biz yurdumuza qayıtmaqla oranın torpağı, bitkiləri, bulaqları sevinəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO