Səhiyyə 07.04.2023 15:48

İnsult 21-ci əsrin yeni “epidemiyasıdır”- Nuran Abdullayev

“Reyn-Zig bölgəsində kəskin işemik insultla mübarizəmizi daha da effektiv etmək üçün bölgə əhalisinin özünün də bu mübarizəyə cəlb edilməsi qərarını verdim”.
Rakus.az xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru, tibb elmləri doktoru, dosent Nuran Abdullayev sosial şəbəkədə yazıb.

O bildirib ki, Almaniya mətbuatınının köməyi ilə onlar aktiv şəkildə mən tərəfdən elmi əsaslı çox önəmli statistika və profilaktik tədbirlərlə tanış olacaqlar: “İlk müsahibəmiz İnsultla Mübarizə Günündə yayımlayacağıq.

Diqqətimi çəkən bəzi elmi-statistik məlumatları sizlərlə aşağıda paylaşmaq istədim:
1. Əhalisi 1 milyondan yuxarı olan bölgə və ya şəhər üçün minimum 1 ədəd ən müasir standartlara cavab verən İnsult mərkəzi olmalıdır.
2. İnsult ömürlük əlilliyin ən əsas səbəbidir ki, sistemlərə də onların əlillik xərcini ödəmək öncədən tibbi xidmət göstərməkdən daha baha başa gəlir.
3. Burada – Almaniyada, yəni səhiyyəsi yüksək inkişaf etmiş bir ölkədə – illik insult xəstələrinin sayı 270000 nəfərdir ki, bunların 70000-i 12 ay müddətində ikinci dəfə insult olanlardır.
4. Həftəlik 150 dəqiqə aktivlik – idmanla məşğul olmaq – insultun əmələ gəlmə riskini 20% aşağı salır.
5. Söylənilən profilaktik tədbirlər səhiyyə sistemləri tərəfindən doğru aparılarsa illik əmələ gələn insultların 85%-in (!) qarşısını almaq mümkündür.
6. İnkişaf etmiş ölkələrdə son 30 ildə insult xəstələrinin sayı 42% azalmışdır. İnkişaf etməmiş və eləcə də inkişaf etməkdə olan ölkələrdə son 30 ildə insult xəstələrinin sayı 100% (!) artmışdır.
7. İnsult 21-ci əsrin yeni “epidemiyasıdır” – bu fakt da özlüyündə səhiyyə sistemləri üçün böyük məsuliyyətdir (!).
8. “Time is brain” – insult xəstələrinin müalicəsində elmi şəkildə sübut edilən hər saniyənin əvəzedilməzliyi mənim sahib olduğum ixtisasın önəminin və onun səhiyyə sistemlərində müsbət istiqamətdə hansı inqilabi dəyişikliklərə gətirə biləcəyinin sübutudur.
Bildirmək istəyirəm ki, layihənin 1 ildən sonrakı bölgə üçün nəticələrini də sizlərlə bölüşüləcəkdir. O zaman da elmin və problemlərə elmi əsaslı yanaşmanın nəyə qadir olduğunun bir daha canlı şahidi olacaqsınız”.

XƏBƏR LENTİ
Səhiyyə / 07.04.2023 15:48
İnsult 21-ci əsrin yeni “epidemiyasıdır”- Nuran Abdullayev
Dünya, Gündəm / 06.04.2023 16:52
Tehran rejimi – müsəlmançılığı əlində saxtakarcasına bayraq edən – TƏHLİL
Gündəm, Hadisə / 06.04.2023 13:03
Ermənilərin azərbaycanlılara qarşı fərqli münasibəti - FOTO
Gündəm, Hərbi / 06.04.2023 08:42
Qərbi Azərbaycan Xronikası: İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? - VİDEO
Gündəm, Siyasi / 05.04.2023 22:02
Daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planı - FOTO - VİDEO
Gündəm, Maraqlı, Video müsahibə / 05.04.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 05.04.2023 13:06
Qorxuya düşən ABŞ Trampın cibindən pornoaktrisanın çılpaq fotosunu çıxarır – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 04.04.2023 14:54
Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmir – TƏHLİL - FOTO
Elm və təhsil, Siyasi / 31.03.2023 17:45
Azərbaycanlıların Soyqırımına tarixi qiymətin verilməsində Heydər Əliyevin rolu böyükdür – ELMİ KONFRANS - FOTO
Elm və təhsil / 31.03.2023 17:33
Mart Soy­qı­rı­mı xal­qı­mı­za qar­şı tö­rə­di­lən qəd­dar­lı­ğın ba­riz nü­mu­nə­si­dir
Elm və təhsil, Maraqlı / 31.03.2023 15:08
Azərbaycanlılara məxsus 1 750 yaşayış məntəqəsinin adı dəyişdirilib – YENİ NƏŞR
Gündəm, Siyasi / 31.03.2023 14:57
Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıldı
Gündəm, Siyasi / 31.03.2023 09:19
Erməni daşnaklarının törətdiyi soyqırımdan 105 il ötür - FOTO
Gündəm, Siyasi / 30.03.2023 12:07
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımı ilə bağlı cinayət işi açılıb
Dünya, Siyasi / 30.03.2023 10:38
Qərbi Azərbaycan İcması Markus Ritterə tutarlı cavab verdi
Siyasi, Video müsahibə / 30.03.2023 01:09
Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası - VİDEO
Gündəm, Hadisə / 29.03.2023 19:42
Qardaşının ermənilərdən xilas olduğunu heç vaxt bilmədi - FOTO - VİDEO
Siyasi, Sosial / 29.03.2023 15:07
Qərbi Azərbaycan Xronikası – ANONS
Gündəm, Siyasi / 28.03.2023 10:00
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası BMT-də rəsmi sənəd kimi yayılıb
Maraqlı, Mədəni, Video müsahibə / 22.03.2023 12:45
Qərbi Azərbaycan Xronikası: “Novruzun gəlişi ermənilərdə vahimə yaradırdı” - VİDEO
Maraqlı, Mətbuat / 21.03.2023 11:11
“Bir ömür yaşadın bu dünya üstə…”
Gündəm, Mədəni, Video müsahibə / 20.03.2023 21:10
Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO
Hadisə, Mədəni / 20.03.2023 12:31
Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Mədəni / 20.03.2023 09:09
Azərbaycanda Novruz bayramı qeyd olunur
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…