Dünya 04.04.2019 19:06

İnteqrasiya Mərkəzinin açılışı oldu - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana növbəti səfəri zamanı Marneuli və Dmanisi rayonlarında bir sıra mühüm görüşlər keçirilib, tədbir və təqdimat mərasimləri olub.

Rakus.az xəbər verir ki, Komitədən verilən məlumata görə, Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər dövlət rəsmiləri, yerli ziyalılar, ictimai fəallar iştirak ediblər.

Dövlət Komitəsinin sədri F.Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, iki dövlət arasındakı dostluğun sarsılmaz olduğunu və münasibətlərin daha da möhkəmləndirildiyini bildirib.

F.Muradov xatırladıb ki, Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklifi ötən il yerli gənclər irəli sürmüşdülər: “Mərkəzin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə dəstək olacaq”.

Ş.Rexviaşvili Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb və qeyd edib ki, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların inteqrasiyasına böyük diqqət ayırır: “Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri sabit inkişaf edir və Gürcüstan dövləti Azərbaycanla mövcud münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir”.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Aygül İsayeva bildirib ki, “Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunacaq, idman dərnəkləri fəaliyyət göstərəcək”.

Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar.

Tədbirdən sonra jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov bildirib ki, Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək. O, qeyd edib ki, Marneulidə açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: “Mərkəzdə 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.

Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: “Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilər

Bununla yanaşı Komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dmanisidə də olub, bir sıra maraqlı görüşlər keçiriblər.

Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş Dmanisi tədris mərkəzinin fəaliyyəti ilə tanış olan Dövlət Komitəsinin sədri burada yerli icma nümayəndələri ilə görüşüb. Tədbirdə Dmanisi rayonunun meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tamar Tevdoradze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Fuad Muradov bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib.

Komitə sədri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı ilə birgə əməkdaşlıq planları hazırlanır və gələcəkdə həmin layihələr həyata keçiriləcək.

F.Muradov rəhbərlik etdiyi qurumun son zamanlar gördüyü işlər barədə də ətraflı məlumat verib. O, qeyd edib ki, Gürcüstana əvvəlki səfəri zamanı burada yaşayan soydaşlarımızın təhsil və sosial sahələrdə olan problemlərilə tanış olub, hazırda onların həlli üçün lazım olan bütün addımlar atılır.

Komitə sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq və kvota üzrə universitetlərə qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar: “Kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib”.

O, qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır və dərsliyin yaxın zamanlarda təqdimatı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.

Dmanisi Tədris Mərkəzinin rəhbəri Diana Qaralova bildirib ki, hazırda orada 173 şagird təhsil alır. O, mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Dmanisi rayon rəhbərliyinə və SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təşəkkürünü bildirib.

Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvili bu ölkədə yaşayan insanların bərabərhüquqlu olduqlarını, azərbaycanlıların dostluq və qardaşlıq mühitində, dini və milli ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edib. Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə icma nümayəndələri ilə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından Dmanisinin 1 saylı məktəbinə və Pantiani (Armudlu) kənd məktəbinə 2 noutbuk hədiyyə edilib. Komitə sədri Fuad Muradov noutbukları direktorlar İnqa Abuladzeyə və Mövlud Məmmədova təqdim edib.

Azərbaycan nümayəndə heyətinin daha bir səmərəli görüşü Gürcüstanın Azərbaycanlı Əlilllər Assosiasiyasının üzvlərilə baş tutub.

Tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev, 12 fiziki problemi olan soydaşımız, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.

F.Muradov Assosiasiyaya Heydər Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını təqdim edib.

Gürcüstanda keçirilən görüşlər sırasında “SOCAR Energy Georgia” MMC-nin kollektivi ilə olan görüş də ciddi əhəmiyyətə malikdi.

Görüşdə “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov çıxış edərək, iki qonşu ölkə arasında əlaqələrin möhkəmliyindən danışıb və Gürcüstanda yaşayan azərbaycanlılarla daim sıx əlaqədə olduqlarını bildirib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov kollektivi salamlayıb, onların Gürcüstanda yaşayan azərbaycanlılara hər zaman qayğı göstərdiklərini qeyd edib.

Komitə rəhbərliyi “SOCAR Energy Georgia” MMC-nin kollektivinə bu ölkədə yaşayan azərbaycanlılara göstərdikləri dəstəyə görə təşəkkür plaketi təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı da olub. Təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib. Komitə sədri Fuad Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Fondun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. O, bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq. Fondun icraçı direktoru Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli Dövlətlərlə İş üzrə şöbəsinin müdiri Anar Rəsulov həmyerlilərimizin Fondla bağlı suallarını cavablandırıblar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO