Dünya 18.04.2019 06:51

İran-ABŞ arasında gəginlik dərinləşir – TƏHLİL

ABŞ-la İran arasında gərginliklər Prezident Donald Trampın İran İslam İnqilab Qvardiyasını terrorçular siyahısına salması ilə daha da dərinləşib.

Rakus.az xəbər verir ki,  bu, bəzi ekspertlərin fikridir.

Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyıb.

ABŞ Prezidenti bildirib ki, qrupun terrorçu təşkilat kimi tanınması “İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görmək, ya da ona dəstək göstərməyin risklərini aydın edir: “Əgər siz İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görürsünüzsə, siz terrorizmi maliyyələşdirirsiniz”.

İnqilab Qvardiyasının terrorçu siyahısına salınması ilə yanaşı, bu həftədən etibarən İranın hərbi elitar qrupuna əlavə sanksiyalar qüvvəyə minib. Bu qərarla Amerikada və Amerika yurisdiksiyası altında olan qurumların qrupa maddi dəstəyi yasaqlanır.

Trampın qərarından sonra İran hökuməti ABŞ-ın Yaxın Şərq və Orta Asiyada hərbi fəaliyyətlərə nəzarət edən Mərkəzi Kommandanlığını (CENTCOM) terrorist kimi tanıyıb.

İnqilab Qvardiyasının baş komandanı Məhəmməd Əli Cəfəri elitar qüvvələrin regionda hələ də ABŞ-dan yüksək olduğunu bildirib.

Məhəmməd Əli Cəfəri
Məhəmməd Əli Cəfəri

“Əgər amerikalılar belə ağılsız addım atırsa, biz də İran islam establişmentinin siyasətinə əsasən qarşılıqlı ölçülər götürəcəyik” – o, İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü zamanı bildirib.

Bəzi ekspertlər hesab edir ki, bu tonda danışıq tərəflərin hərbi münaqişəsinə yol aça bilər.

“Qərar qarşıdurmanı ən yüksək həddə çatdıra bilər. İran tərəfi də bunun ciddiliyi və mümkünlüyünü anlayır. Buna görə də regiondakı silahlı tərəfdaşlarını, o cümlədən İraqda Tehrana loyal PMF qüvvələrini sərhədyanı zonaya yerləşdirməklə, İran hökuməti öz mövqeyini gücləndirməyə çalışır,” – Rutgers Universitetinin professoru Huşəng Əmirəhmədi bildirib.

Digər təhlilçilər isə birbaşa qarşıdurma ehtimalını qəbul etmir.

“İran ehtiyatlı davranacaq, yalnız ritorika səviyyəsində cavablar verəcək. İnqilab Qvardiyası hədə ola bilər. Lakin İraq, Suriya və bəlkə də Əfqanıstandakı kimi birbaşa təhdid olmayacaq”,- Atlantika Şurasından təhlilçi Barbara Slavin qeyd edib.

Londondan jurnalist Əlirza Nurizadənin dediyinə görə, İnqilab Qvardiyasının terrorçu siyahısına salınmasın birbaqa qarşıdurmaya səbəb olacağından asılı olmayaraq, qrupa terrorçu adı verilməsi Tehranın regionadakı nüfuzuna təsirsiz qalmayacaq. O, İran komandirlərinin sərbəst şəkildə Yaxın Şərqdə gördükləri çirkli işlərə nəzarət məqsədi ilə səyahət edə bilməyəcəklərini də vurğulayıb. Nurizadə qvadiyanın ABŞ-la qarşıdurma qabiliyyətinə malik olmadığını da əlavə edib.

Pasdaran kimi tanınan İnqilab Korpusu 1979-cu ilin aprel ayında, İran İslam İnqilabından sonra təsis edilib. Pasdarana İranın Ali ruhani lideri Ayətullah Xomeyni tərəfindən islam sistemi və inqilab dəyərlərin müdafiəsi mandatı verilib.

Ölkə daxilində İnqilab Korpusu Bəsic Müqavimət Qüvvələrinə də rəhbərlik edir. Bu, dini künüllü qrupu rejimi dəstəkləməklə yanaşı, daxili dissidentlərin susdurumasına xidmət edir.

Bu qrup həm də qadınların geyim kodu, habelə qəbsayağı spirtli içkilərlə keçirilən şənliklərə nəzarət edir.

Xaricdə isə korpusun kölgəsi general-mayor Qasem Süleymaninin rəhbərlik etdiyi Qüds Qüvvələridir. Bu qüvvələr Livanın Hizbullah kimi siə qrupuna dəstək verməklə, Yaxın Şərq və digər bölgələrdə nüfuzunu gücləndirib.

Elitar Qüds Qüvvələri 1980-ci il İraq-İran müharibəsi zamanı təsis edilib. Hazırda bu qüvvələrdə 15,000 əsgər xidmət göstərir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO