Siyasi 19.06.2025 22:50

“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “İran-İsrail müharibəsinin Zəngəzurda əks-sədası” adlı süjetdə İsrail-İran müharibəsinin regiona təsirindən, Ermənistanın regionda əsas müttəfiqinin sıradan çıxmasından bəhs olunur.

Bildirilir ki, İsrail-İran müharibəsi rəsmi Tehranı regional proseslərdən uzaqlaşdırır və Zəngəzur dəhlizi layihəsinə qarşı siyasəti prioritet olmaqdan çıxır: “Bu, Ermənistan üçün iki mənfi ssenari vəd edir. Birincisi, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına qarşı oyunda regional müttəfiqini itirir. İkincisi, müharibə şəraitinə görə İrandan Naxçıvana keçid risklərlə üzləşdiyi üçün Zəngəzur dəhlizi layihəsinin reallaşması daha da aktuallaşır”.

Qeyd olunur ki, Azərbaycan bu məsələni danışıqlar yolu ilə həll etmək niyyətindədir və əsas müzakirə mövzusu da İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsidir. Ermənistanda isə fərqli düşünür, İsrail-İran müharibəsinin Zəngəzura sıçrayacağından danışırlar. Bununla bağlı Ermənistan mediasında müxtəlif iddialar irəli sürülür.

Erməni ekspert Artur Xaçikyan, politoloq Qaqik Hambaryan, deputatlar Qeqam Manukyan, Haky Mamicanyan, siyasi analitik Beniamin Poqosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyan Vaşinqtonda Zəngəzurla bağlı danışıqların getdiyini iddia edirlər: “Hazırda Azərbaycan, Türkiyə və İsrail Vaşinqtonda Zəngəzurla (Sünik) bağlı danışıqlar aparır. Əsas məsələ Zəngəzurun Azərbaycana qaytarılmasıdır. Ermənistan isə heç nə etmir, çünki bizim nə hökumətimiz, nə dövlətimiz, nə də diplomatiyamız var. İran bu müharibədə məğlub olarsa, Ermənistan üçün son dərəcədə ciddi nəticələri olacaq. Hazırda Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə çıxan yeganı ölkə İrandır. İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək. İsrail-İran toqquşmasında Ermənistanı narahat edən əsas amillərdən biri də qaçqın axınıdır. Ermənistanda qorxurlar ki, İranda xaos yaranarsa, Cənubi azərbaycanlılar qaçqın kimi Zəngəzura gələ və burada məskunlaşa bilərlər. Bu, hər şeydən öncə Ermənistanə iqtisadi baxımdan çökdürəcək”.

Sonda vurğulanır ki, bütün bunlar İsrail-İran müharibəsi fonunda regionda baş verənlər və Erməistandakı qorxular Zəngəzur dəhlizinin açılması, eləcə soydaşlarımızın öz yurdlarına – Qərbi Azərbaycana qayıdışını daha da yaxınlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 19-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS
Siyasi, Sosial / 17.06.2025 22:35
Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq – türk tarixinin izi - VİDEO
Sosial / 17.06.2025 14:32
Başqa adı Çimənkənd olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO
Elm və təhsil / 11.06.2025 13:22
Türk tarixini dəyişdirən sikkə – ANONS - VİDEO
Mədəni / 11.06.2025 12:44
Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO
Siyasi, Sosial / 10.06.2025 22:33
Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 19:59
“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO
Sosial / 10.06.2025 14:35
Yunanların yerləşdirildiyi türk yurdu – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 13:22
“İrəvanda daxili siyasi gərginlik artır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 09.06.2025 22:28
“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO
Gündəm / 06.06.2025 00:01
Azərbaycanda Qurban bayramı qeyd olunur
Siyasi, Təhlil / 05.06.2025 22:29
“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO
Siyasi, Təhlil / 05.06.2025 14:21
Alen Simonyanın iddiası: “Azərbaycanlılar qayıdır” – ANONS
Hərbi, Sosial / 05.06.2025 00:02
Susuzluq kəndi şəhidləri xatirə lövhəsində yaşadır - FOTO
Elm və təhsil / 04.06.2025 22:34
“Prototürklər Qafqazda əsas tayfalar olmuşdular” - VİDEO
Mətbuat, Sosial / 04.06.2025 20:20
Məhərrəmin qol saatı - FOTO