İranda virus daşıyıcılarının sayı 53 183 nəfərə çatdı
İranda daha 134 nəfər koronavirusun qurbanı olub.
Rakus.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 294 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 2 715 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 53 183 nəfərə çatıb.
K.Cahanpur həmçinin 17 935 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 4 035 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 204ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 026 688 nəfərdir. Bunların 218 573 nəfəri sağalıb, 54 045 nəfəriisə ölüb.
ÜmumdünyaSəhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.