Dünya 27.02.2020 23:39

İranın nüvə proqramı- davam edən gərginlik – TƏHLİL - FOTO

İranla nüvə sazişinin qalan üzvləri Vyanada bir araya gələcəklər.

Rakus.az xəbər verir ki, bu qərar BMT-nin İrana yenidən tətbiq edəcəyi sanksiyalar səbəbi ilə Almaniya, Fransa və Böyük Britaniyanın münaqişənin həlli yollarına dair müzakirələrindən sonra verilib.

Danışıqlar 2015-ci ildə tərəflər arasında imzalanmış sazişi bərpa etmək üçün aparılır. Belə ki, 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın birtərəfli qaydada sözügedən müqavilədən çıxmış və İrana qarşı sanksiyalar tətbiq etmişdi.

Görüşdə İran, İngiltərə, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqının yüksək səviyyəli diplomatları iştirak edəcək.

Onlar Vaşinqtonun dəstəyi olmadan belə sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə silahını inkişaf etdirmə proqramını azaltmağa razı olduğunu təsdiqləyən razılaşmanı dəstəkləyəcəklərini vəd ediblər.

ABŞ-ın sazişdən çıxması ilə İran Vaşinqtonun “maksimum təzyiq” kampaniyasına qarşı öz proqramını gücləndirmişdi.

Bu, yüz faiz olmasa da, eskalasiyanı dayandırmaq üçün bir şansdır” – deyə, Vyanadakı Rusiya səfirliyi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun “Twitter”dəki sözlərinə istinad edib.

İran o vaxtdan bəri əsas məhdudiyyətləri pozaraq, icazə verilən ağır su və uranın ehtiyatlarını artırmış, uranı zənginləşdirmək üçün işləyə biləcəyi sentrifuqaların sayını və uranın saflığını aşmışdır.

Nəticədə, yanvar ayının ortalarında üç Avropa ölkəsi uyğunluğun azaldılmasını əsas gətirərək mübahisə mexanizmini razılaşdırmaqdan başqa bir seçim olmadığını söyləmişdi.

BMT sanksiyalarının dayandırılması bir neçə mərhələdən ibarətdir, onlardan sonuncusu BMT-nin Təhlükəsizlik Şurasını xəbərdar etməkdir. Təhlükəsizlik Şurası sanksiyaların aradan qaldırılması lehinə səs verməsə, məhdudlaşdırıcı tədbirlər 30 gündən sonra avtomatik olaraq bərpa ediləcək.

Tramp müqaviləni “ölümcül qüsurlu” olduğunu bildirmişdi. Buna səbəb Tehranın ballistik raket proqramını məhdudlaşdırmaq və ya Yaxın Şərqdəki terrorçu qruplara verdiyi dəstəklə bağlı maddələrin sövdələşmədə yer almamasıdır.

İran nüvə proqramının yalnız mülki məqsədlər üçün olduğunu və Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ölkəyə enerji istehsal etmək üçün reaktorların işə salınmasına imkan verdiyini israr edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO