Dünya 09.01.2024 21:12

“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO

 Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə ermənilərin türklərə məxsus İrəvan şəhərinin istehkamı sayılan İrəvan qalasının yer üzündən silməsindən bəhs olunur.

Bildirilir ki, 27 il rus ordusuna və generallarına müqavimət göstərən İrəvan qalası həm də qəhrəmanlıq rəmzi idi: “İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il noyabrın 8-də Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilib. İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir. İrəvan qalasının açarları və qənimət götürülmüş 4 bayraq təntənəli surətdə paytaxt küçələrində gəzdirilir. İrəvan qalasını zəbt edən general İ.Paskeviçin titullarına isə “İrəvan qrafı” titulu əlavə edilir. Nəhayət, Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə İrəvana gəlir. Xan sarayında qalan  Rusiya  çarı şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilir”.

Diqqətə çatdırılır ki, müxtəlif dövrlərdə erməni tarixçiləri T.X.Hakopyan “İrəvan tarixinin oçerkləri” kitabında, eləcə də tarixçi Tovma Metsopetçi öz əsərlərində İrəvanın türk şəhəri və gözəl olmasını qeyd ediblər: “Elə buna görə də sığındıqları bu gözəl şəhərə yiyələnmək, onu erməniləşdirmək niyyəti ilə xəyanətə, vandalizmə əl atıblar. Təbii ki, heç də həmişə bütün izlər silinmir”.

İrəvan şəhəri tarix muzeyinin baş elmi işçisi Susanna Harutyunyan, professor Haykaz Hovhannisyan və bir neçə erməni tarixçilərin İrəvan qalasının izləri ilə bağlı fikirlərinə yer verilən süjetdə vurğulanır ki, imkanlı ermənilər İrəvana türk şəhəri olduğu üçün bura sərmayə qoymurdular: “İrəvan türk şəhəri idi və ermənilərin bura ilə bağlı heç arzuları yox idi. Özlərinə çarəsizlikdən paytaxt seçən ermənilər qısa müddətdə türk şəhərini erməni şəhərinə çevirdilər. Bu gün İrəvanda ermənilər məhəllə, küçə adlarını köhnə adı – türkcə olan adı ilə çağırılar. Köçüb, yaşadıqları yerə isə tağ deyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 9-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Sosial / 09.01.2024 21:12
“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 09.01.2024 20:22
“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 09.01.2024 14:51
İrəvan – bir qalanın sirri – ANONS - VİDEO
Gündəm / 09.01.2024 13:56
“Sənət adamları “barışıq damarı” tapmalıdırlar” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.01.2024 20:37
“Qərbi Azərbaycan ərazisində 26 türk tayfası yaşayıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.01.2024 17:34
Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? – TƏHLİL
Siyasi / 06.01.2024 20:04
Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr - FOTO - VİDEO
Kriminal, Maraqlı / 06.01.2024 12:41
Ermənilərin Xalisa qətliamı – ANONS - FOTO - VİDEO
Gündəm, Mədəni / 05.01.2024 20:08
“Erməni müəllim dedi ki, sənə qiymət yazmayacam, çünki sən türksən” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 05.01.2024 14:39
“İrəvanın küçələrində konki sürürdüm”- Mübariz Tağıyevin “Həyat Hekayəsi”- ANONS
Dünya, Təhlil / 04.01.2024 20:34
Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər - FOTO - VİDEO
Təhlil / 04.01.2024 16:08
ABŞ-ın İran dərdi – “proksi” təşkilatları ilə bağlı məsələlər – TƏHLİL
Siyasi / 04.01.2024 14:25
Qərbi Azərbaycan məsələsi Ermənistanı silkələyir – ANONS - VİDEO
Dünya, Təhlil / 03.01.2024 17:22
İranı silkələyən qanlı hadisə – TƏHLİL
Gündəm / 01.01.2024 00:02
Prezident İlham Əliyev Azərbaycan xalqını Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib - VİDEO
Gündəm / 31.12.2023 00:01
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Maraqlı, Sosial / 29.12.2023 20:10
“Urudda uşaqlığımın şirin anlarını yenidən yaşamaq istəyirəm” - FOTO - VİDEO
Siyasi / 29.12.2023 14:17
Qərbi Azərbaycan İcması prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Sosial / 29.12.2023 13:47
“Anam 1918-ci il qaçaqaçında yolda doğulub” – Elşad Qurbanovun həyat hekayəsi - VİDEO
Siyasi, Sosial / 29.12.2023 10:24
Ardanış Kənd İcması prezident seçkilərində namizədini açıqladı - FOTO
Dünya, Siyasi / 28.12.2023 20:18
Paşinyan “Qərbi Azərbaycanın qubernatoru” olacaq - FOTO - VİDEO
Siyasi / 28.12.2023 13:15
Zəngəzur Ermənistandan ayrılacaq? – ANONS - VİDEO
Sosial / 28.12.2023 11:37
Ulu Göyçənin Bala Məzrəsi – QISA TARİX
Dünya, Təhlil / 28.12.2023 09:36
Dünya keçmiş sovetin mirası olan PKK-nı niyə yaşadır? – TƏHLİL
Gündəm, Siyasi / 27.12.2023 19:55
Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS - VİDEO