Dünya 08.06.2020 23:39

İrqi ayrı-seçkilik – davam edən etiraz aksiyaları – TƏHLİL - FOTO

Rakus.az xəbər verir ki, Romanın Xalq Meydanında kçeirilən aksiya səsli-küylü olsa da, dinc keçirilib.

Maskalar taxan nümayişçilər üzərlərində “qaradərililərin həyatı mühümdür” və “bu, ağların problemidir” yazılan plakatlar qaldırıb.

Roma
Roma

Böyük Britaniyada da nümayişlər davam etdirilib. Londonda baş verən qarşıdurmalarda 14 polis zabiti xəsarət alıb. Qarşıdurmalar baş nazir Boris Consonun yaşadığı ev yaxınlığında da müşahidə edilib.

Videoya alınan görüntülərə gğrə, yol hərəkətini idarə edən polisin atına butulkalar atıldıqdan sonra nümayişçilərlə toqquşan polis yaralanıb və dərhal xəstəxanaya çatdırılıb.

Berlində isə aksiyalar zamanı 93 nəfər həbs edilib. Onların əksəriyyəti 15 min insanın qatıldığı nümayişlərdən sonra nəzarət altına alınıb. Aksiya iştirakçıların bəziləri polisi daşa basıb, butulkalar atıb.

Berlin
Berlin

Fransada polis nümayişçilərə qarşı gözyaşardıcı və bibər qazından istifadə edib. Fransa nümayişlərinə 23 min insan qatılıb.

Honq Konqda qaradərililərə həmrəylik nümayiş etdirən 20-yə yaxın şəxs ABŞ konsulluğu qarşısına toplaşıb.

Nümayişlər afrikalı-amerikalı kişinin polis nəzarəti altında ölməsindən iki həftə sonraya təsadüf edir.

Mayın 25-də Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü.

Minlərlə adam paytaxt Vaşinqton, digər ABŞ şəhərləri və dünyanın bir sıra müxtəlif şəhərlərində küçələrə axışaraq irqçiliyə və polis zorakılığına etiraz ediblər. Bu nümayişlər afrikalı-amerikalı kişinin polis nəzarəti altında ölməsindən iki həftə sonraya təsadüf edir.

Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü. Floydun ölümü bir çox qaradərili amerikalıların polis tərəfindən saxlanılarkən ölməsi hallarından sonuncusu idi.

“Nəfəs ala bilmirəm” şüarı şənbə günü dünya boyu küçələrə axışan müxtəlif irqə və yaş qruplarına mənsub nümayişçilərin əsas şüarı olub.

ABŞ paytaxtında dinc nümayişçilər bürkülü havada şəhərin bir sıra məkanlarına axışıblar.

Şəhər meri Muriel Bauzer yenicə adı qoyulmuş “Qaraların Həyatları Mühümdür Meydanı”-nda iri izdiham qarşısında çıxış edib.

“Burada həs kəsin belə dinc qaydada, maska taxmış halda etiraz etməsini görmək çox xoşdur,” mer etirazçılar qarşısında deyib. O, etirazçıların ucadan “daha çox ədalət və daha çox sülh” tələb etməsini istəyib.

Özü afrikalı-amerikalı olan Bauzer deyib: “Mənim iki yaşlı qızım var. Mən istəmirəm ki, o böyüyəndə mağazaya getməyə, işə getməyə qorxsun.”

Londonda küçələrə axışan insanlar Amerikada irqçiliyə etiraz edənlərlə həmrəylik nümayiş etdiriblər.
Londonda küçələrə axışan insanlar Amerikada irqçiliyə etiraz edənlərlə həmrəylik nümayiş etdiriblər.

Cümə axşamı Bauzer Prezident Donald Trampa göndərdiyi məktubda əlavə hüquq-mühafizə qüvvələrinin və şəhərdən kənar Milli Qvardiya əsgərlərinin yığışdırılmasını istəyib. İri sayda Vaşinqton Milli Qvardiya üzvləri, şəhər polisi və digər qüvvələr şənbə günü şəhər boyu postlarda yerləşdirilib.

Şənbə günü Vaşinqtonda küçələrə on minlərlə adamın çıxdığı təxmin edilir. Yerli polis cümə günü bildirmişdi ki, onlar daha çox adamın gələcəyini gözləyirlər.

İzdihamlı etiraz aksiyaları ABŞ-ın Minneapolis, Mayami, Nyu York, Çikaqo, San Fransisko, Dallas, Filadelfiya və Denver şəhərlərində də keçirilib. Bu şəhərlərin bəzilərində etirazlar bəzən zorakılıq və qarət halları ilə müşayiət olunsa da, şənbə günü aksiyaları dinc keçib.

Bir sıra Qərb ölkələrində, o cümlədən Böyük Britaniya, Almaniya, Fransa Portuqaliya və Avstraliyada da həmrəylik nümayişləri keçirilib.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO