Səhiyyə 07.09.2019 11:46

İsmayıllı: Sumağallı və Sulutda tibb məntəqələri açıldı - FOTO

 

Sentyabr ayının 6-da Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində layihəsi hazırlanan Sumağallı və Sulut tibb məntəqələrinin açılışı olub.

Sumağallıda keçirilən ilk açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, layihəni həyata keçirən QHT- “Gənclər İnkişaf Naminə” İctimai birliyinin rəhbəri Rasim Allazov, digər rəsmi şəxslər, kənd sakinləri, tibb işçiləri, müəllimlər, veteranlar, ağsaqqallar iştirak ediblər. Tədbir Azərbaycanın və Yaponiyanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, Dövlət müstəqilliyi illərində Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb. Regionda ilk şəhər İsmayıllıdır ki, Yaponiyanın İto şəhəri ilə qardaşlıq və dostluq əlaqələri yaradıb. Şagird mübadilələri, distant yolla dil öyrənmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin nəticəsi hesab edilməlidir. Yaponiya səfirliyinin dəstəyi ilə bu gün istifadəyə verilən tibb məntəqəsi də insan sağlamlığına qayğıdan irəli gəlir. Biz, Sumağallı sakinlərinə bəxş olunan bu layihəyə görə Yaponiya dövlətinə, cənab səfirə minnətdarlığımızı bildiririk.

Səfir cənab Teruyuki Katori çıxış edərək deyib ki, Azərbaycandan 7500 kilometr Şərqdə olan Yaponiya ilə ölkəniz arasında müstəqillik illərində çox möhkəm əlaqələr yaranıb. Bu əlaqələr başlanğıcını min illər bundan əvvəlki tarixdən – “İpək yolu” açılan zamandan götürür. Bu əlaqələrin nəticəsi olaraq ölkəmiz Azərbaycanda bir çox layihələr – uşaq bağşası, tibb məntəqəsi, məktəb, içməli su çəkilişi, suvarma sistemləri və sair layihələr həyata keçirib. Sumağallı tibb məntəqəsi İsmayıllıda 15-ci layihəmizdir. Çalışacağıq ki, əlaqələrimiz və layihələrimiz bundan sonra da davamlı olsun.

Arzu “Qadın inkişaf qrupu”nun rəhbəri Arzu Mirzəyeva və ağsaqqal ziyalı Hüsen Xəlilov da çıxış edərək belə dəyərli, vacib sosial layihənin icrası üçün minnətdarlıqlarını bildiriblər.

Sonra tibb məntəqəsinə baxış keçirilib. Səfir uşaqlarla, ağbirçək qadınlarla, iştirakçı sakinlərlə şəkil çəkdirib.

Rəsmi iştirakçıların bir qrupu RİH başçısının birinci müavini Rövşən Ağayevlə birgə Sulut tibb məntəqəsinin açılışına gediblər.

Sumağallı və Sulut tibb məntəqələrinin tikintisinin birgə məbləği 89 min 270 ABŞ dolları təşkil edib.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO