İsraildə üçüncü məhdudiyyət rejimi başlayır
Dekabrın 27-dən etibarən İsraildə pandemiya dövrünün üçüncü məhdudiyyət rejimi başlayacaq.
Rakus.az xəbər verir ki, bu barədə qərarı İsrail hökuməti Səhiyyə Nazirliyinin təklifi ilə qəbul edib. Məhdudiyyət rejimi ən azı iki həftə və ya gündəlik yoluxma hallarının sayı 1000 nəfərə qədər azalanadək qüvvədə qalacaq. Hazırda bu göstərici 4 minə yaxındır.
Bazar günündən başlayaraq ölkədə bütün qeyri-ərzaq satışları dayandırılacaq və bütün əyləncəli tədbirlər qadağan ediləcək. Həmçinin müştərilərlə birbaşa çalışmayan kompaniyalar öz fəaliyyətini yarıbayarı azaltmalıdır. Ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti də məhdudlaşdırılacaq.
Əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, bu dəfə uşaq bağçaları və məktəblər qısaldılmış qrafik üzrə fəaliyyətini davam etdirəcək. Vətəndaşlar uşaqlarını məktəbə aparmaq və vaksinasiyada iştirak etmək halları istisna olmaqla, evlərindən bir kilometrdən çox uzaqlaşa bilməyəcək. Habelə qonaq getmək və qohumları yoluxmaq da qadağan olunacaq. Lakin vətəndaşlar açıq havada idmanla məşğul ola biləcək.
İsraildə koronavirus qarşı vaksinasiya artıq başlayıb. Ölkənin səhiyyə müəssisələri “BioNTech” və “Pfizer” kompaniyalarının birgə hazırladıqları vaksindən istifadə edirlər.