İstanbulda 271 milyon dollar saxta əskinas ələ keçirildi
Türkiyə polisi İstanbulda,təxminən, 271 milyon dollar dəyərində çap olunmuş saxta əskinas ələ keçirdiyi mətbəəyə basqın edib.
Rakus.az xəbər verir ki, İstanbulun Esenyurt məhəlləsindəki axtarış zamanı polis və cinayətkarlığa qarşı və qaçaqmalçılıq əleyhinə səlahiyyətlilər tərəfindən 100 dollar dəyərində saxta əskinaslar tapılıb.
Polis tutulan 5 nəfər arasında bir nəfərin daha əvvəl 2016-cı ildə Ankarada hərbi çevriliş hazırlamaqda günahlandırdığı bir şəbəkəyə üzv olmaqda şübhəli bilinərək işdən azad edildiyini bildirib.
Ankara saxta əskinasların çapında 2016-cı ilin iyul ayında çevrilişə cəhdin arxasında ABŞ-dakı müsəlman din xadimi Fəthullah Güləni günahkar bilir. Gülən isə ittihamları rədd edib.
Səlahiyyətlilər daha iki şübhəlini axtarır və pulun Gülənin şəbəkəsinə bağlı olub-olmadığını araşdırır.