İstanbulun Tuzla ilçəsində dəniz sularının çəkilməsi ilə qədim Roma zamanından qalan tikililərin qalıqları üzə çıxıb.
Rakus.az xəbər verir ki, suyun üzərində görünən arxeoloji tapıntıların tarixi eradan əvvəl IV əsrədək uzanır.
Qeyd olunur ki, bu ərazilər XI əsrin sonlarınadək əvvəlcə Roma, sonralar isə Bizans kimi dövlətlərin nəzarətində olub.
Yalnız 1081-ci ildəki razılaşma ilə Tuzla sahili Anadolu Səlcuq dövlətinin ixtiyarına keçib.