İstanbulda yeni açılışlar oldu - FOTO
İyunun 14-də İstanbulun yeni hava limanının 3-cü uçuş-enmə zolağı, eləcə də aeroportun ərazisində inşa edilən “Dövlət Qonaq Evi” və məscid istifadəyə verilib.
Rakus.az xəbər verir ki, rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Yeni zolağın istifadəyə verilməsi ilə aeroportda təyyarələr gecikmədən və sıra gözləmədən hərəkət edə biləcək, saatlıq eniş və uçuşlar isə 50 faizədək artacaq. Bu zolaqla aeroport gündəlik orta hesabla 2 min 800-dən çox təyyarəyə xidmət göstərə biləcək.
Bununla İstanbul Beynəlxalq Hava Limanı Türkiyədə müstəqil əməliyyatlar keçirə bilən bu sayda zolağa sahib ilk aeroport olub, Avropada isə Amsterdam-Schiphol aeroportundan sonra ikinci pilləyə yüksəlib.
Hava limanının ərazisində inşa edilən sahəsi 8 min 70 kvadratmetr olan məsciddə eyni anda 6 min 230 nəfər ibadət edə biləcək.
Ümumilikdə, 3 min 825 kvadratmetrlik ərazidə tikilən “Dövlət Qonaq Evi”ndə isə dörd salon, dincəlmə otağı, konfrans zalı və rəsmi tədbirlərin keçirilməsi üçün digər məkanlar yer alır.