İtaliyada 1 avroya evlər satılır - FOTO
İtaliyanın bir çox şəhərlərində köhnə daşınmaz əmlaklar, o cümlədən qəsrlər simvolik qiymətə – 1 avroya satılır. Lakin bu ev sahiblərə sahib olmaq heç də asan deyil.
Rakus.az xəbər verir ki, analitiklərin hesablamalarına görə, İtaliyada təqribən 2 milyondan 2,7 milyonadək köhnə və ya uçqun vəziyyətdə olan evlər şəhərlərin arxitekturasına ciddi ziyan vurur. Bu ərazilərə yeni həyat gətirmək, eləcə də əhalini cavanlaşdırmaq məqsədilə İtaliya hökuməti tərəfindən müəyyən addımlar atılıb.
Belə ki, həmin evləri auksionda 1 avroya alan müştərilər onlara təqdim olunan müqaviləyə əsasən, bir sıra şərtlərə əməl etməli və müqaviləni diqqətlə oxumalıdırlar. Yeni ev sahibləri aldıqları əmlakı 3 ilə əsaslı təmir etməklə təqribən 40 min avro xərcləməli olacaqlar. Yalnız sənədləşmə işləri isə 17-20 min avroya başa gəlir.
Belə görünür ki, şirnikləndirici təklif hər adamın cibinə uyğun deyil.
Son illərdə Avropanın digər ölkələrində də yararsız, köhnə ev və binaların simvolik qiymətə (1 – 200 avro) satışı tendensiyası hökm sürür.