Dünya 19.11.2020 11:26

İtaliyada üçtərəfli bəyanata əməl etməyə çağıran qətnamə qəbul olundu

Noyabrın 18-də İtaliya Deputatlar Palatasının xarici əlaqələr daimi komissiyası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Rakus.az xəbər verir ki, sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü, 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.

2020-ci il 27 sentyabr tarixində Ermənistan və Azərbaycan arasında toqquşmaların başladığı, üç humanitar atəşkəsə baxmayaraq, ən azı beş min insanın həlak olduğu, infrastrukturlara, yaşayış məntəqələrinə və tarixi dəyəri olan abidələrə böyük ziyan dəydiyi bildirilir.

Qətnamədə 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən dərhal atəşkəsin əldə edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yeni təmas xəttində Rusiya sülhməramlılarının yerləşdirilməsinə çağıran Bəyanatın imzalandığı vurğulanır. Bu xüsusda, İtaliya hökumətindən tərəfləri atəşkəsə və 10 noyabr Bəyanatından irəli gələn digər öhdəliklərə əməl etməyə çağırması istənilir.

Qətnamədə İtaliya hökuməti bütün maraqlı tərəflərə onların nəzarəti altında olan ərazilərə məcburi köçkünlərin geri qayıtması, insan hüquqlarının qorunması, hər bir icmanın kimliyinə, mədəni və dini plüralizmə hörmət edilməsi, tarixi-mədəni irsin bütövlüyü və mühafizəsinin təmin olunması üçün çağırış etməyə dəvət olunur.

Sənəddə, habelə İtaliya hökumətindən ATƏT-in Dağlıq Qarabağ böhranı ilə bağlı fəal rol oynamaqda çətinliklərini nəzərə alaraq, bu qurumun siyasət və mexanizmlərinin səmərəliliyinin yoxlanılmasının zəruriliyi məsələsini ATƏT-in baş qərargahında qaldırmaq, bölgənin sabitləşməsinə və yenidən qurulmasına töhfə vermək üçün Avropa və beynəlxalq institutlar ilə birgə razılaşma əsasında İtaliyanın maksimum öhdəliyini təmin etmək istənilir.

İtaliya və Avropanın enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkən Deputatlar Palatası hökuməti İtaliya və Avropaya bağlanan neft və qaz boru kəmərlərinin enerji nəqlinin müntəzəmliyinin təmini məqsədilə region ölkələrinə müraciət etməyə çağırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO