Rusiyanın Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski ölkəsinin Türkiyə ilə hava əlaqəsinin kəsilməsini təklif edib.
Rakus.az xəbər verir ki, o, bu barədə “Telegram” səhifəsində yazıb. Millət vəkili bu addımı Türkiyədəki pandemik vəziyyətlə əsaslandırıb.
O bildirib ki, əgər bu barədə qərar qəbul edilməzsə, Türkiyədən geri qayıdan turistlər Rusiyada da yoluxma sayının artmasına səbəb olacaqlar.