Dünya 30.03.2020 17:54

Jurnalist Dağlıq Qarabağdakı “seçkiləri” tanımır

İndoneziyanın “The Jakarta Post” qəzetinin müxbiri Viramala Ancaya martın 31-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qondarma rejim tərəfindən təşkil olunması nəzərdə tutulan “prezident” və “parlament” seçkilərini ləğv etməyə çağıran məqalə ilə çıxış edib.

Rakus.az xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, “Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin” adlı məqalədə müəllif sözügedən qondarma rejimin varlığından yalnız ermənilərin xəbərdar olduğunu, Ermənistanın belə hüquqi olaraq bu “ölkəni” tanımadığını bildirir.

Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı haqqında məlumat verən V. Ancaya bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı və Xocalı soyqırımı barədə geniş bəhs edib.

Jurnalist qondarma rejim tərəfindən “seçkilərin” keçirilməsinin qeyri-qanuni olması ilə yanaşı, ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlara böyük zərər verdiyini vurğulayıb. O, Ermənistanda koronovirus epidemiyasının geniş vüsət aldığı bir dövrdə qeyri-qanuni seçkilərə 300 nəfər müşahidəçi göndərdiyinə diqqət çəkərək, bu halın epidemiyanın Dağlıq Qarabağ bölgəsinə yayılmasına şərait yaratdığını qeyd edib.

V.Ancaya dünyada koronavirus kimi pandemiyanın tüğyan etdiyi bir vaxtda Ermənistan və separatçı rejimin zəif səhiyyə sistemlərini inkişaf etdirmək yerinə, xaricdən silah alınmasına böyük diqqət ayırdıqlarını vurğulayıb.

Məqalədə, həmçinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevə Dağlıq Qarabağdakı erməni icmasının bəzi üzvlərinin ona həmin bölgədən seçilmiş nümayəndə kimi müraciət etdikləri haqqında da bildirilib.

Belə ki, koronavirus epidemiyası nəticəsində bölgədəki erməni əsilli əhalidə yoluxma hallarının çoxalması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olması, tibbi yoxlama avadanlıqlarının və tibb personalının çatışmazlığı, eləcə də, Ermənistan və separatçı rejim tərəfindən bu həqiqətlərin məqsədli şəkildə gizlədilməsinə dair icma rəhbərinin məlumatlandırıldığı qeyd olunub.

O cümlədən, T.Gəncəliyevin Ermənistan tərəfindən işğala son verildikdən sonra Azərbaycanın sözügedən bölgəmizdə səhiyyə infrastrukturunu yenidən bərpa edəcəyini və hər iki icmanın müasir standartlara cavab verən səhiyyə sisteminin imkanlarından faydalanacağını əminliklə ifadə etdiyi vurğulayıb.

Məqalədə koronovirus epidemiyası ilə əlaqədar martın 16-da Nikol Paşinyanın Ermənistanda fövqəladə vəziyyət elan etməsi, o cümlədən, onun və qondarma rejim rəhbərliyinin əhaliyə Ermənistan və Dağlıq Qarabağ arasında səfərləri dayandırmaq barədə çağırışına baxmayaraq, qondarma rejimin 31 mart tarixində “seçkilər” təşkil etməkdə təkid etdiyi bildirilir.

Qondarma rejimin “seçkiləri və namizədləri” haqqında məlumat verən indoneziyalı jurnalist nəticəsindən asılı olmayaraq, separatçı rejimin idarəçiliyinin yenə də İrəvan tərəfindən həyata keçiriləcəyini vurğulayıb.

V.Ancaya qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarının işğalının onlara heç bir faydası olmadığını və bu işğalın onlara yalnız iqtisadi çətinliklər və külli miqdarda dövlət borcunun yaratdığını başa düşməlidir.

Jurnalist erməni silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair BMT-nin müvafiq qətnamələrinə və Azərbaycan tərəfindən Dağlıq Qarabağa yüksək səviyyəli muxtariyyət verilməsinə dair təkliflərinə baxmayaraq, Ermənistan tərəfinin hələ də aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə diqqət çəkib.

Məqalənin yekununda hər iki xalqın əsrlərlə sülh şəraitində yaşadığını bildirən V.Ancaya işğalın Ermənistan tərəfinə faydalı olmadığını və işğala son qoyacağı təqdirdə bunun onun iqtisadi inkişafının və rifahının yüksəlməsinə gətirib çıxaracağını vurğulayıb.

Müəllif qondarma “Dağlıq Qarabağ Respublikasında” 31 mart 2020-ci il tarixində təşkil olunacaq qeyri-qanuni seçkilərin həm sülh, həm insanların sağlamlığı naminə ləğvinin sülh danışıqları yolunda atılacaq vacib konstruktiv addım kimi qiymətləndirilə biləcəyini ifadə edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO