Dünya 06.11.2020 16:37

Kalaşnikov erməni lobbisinə sərt reaksiya verdi - VİDEO

Qarabağ məsələsi, erməni lobbisinin sifarişləri Rusiyanın federal kanallarında qarşıdurma yaratmağa başlayıb.

Rakus.az xəbər verir ki, siyasi ekspertlər iki hissəyə parçalanıb: Ermənistanın maraqlarını müdafiə edənlər və Kremli əsas tutanlar.

“Russia-1”də yayımlanan “60 Dəqiqə” verilişində yaşananlara diqqət yetirək.

Rusiyanın dövlət kanallarında erməni lobbisi tərəfindən maliyyələşdirilən tok-şoular yerli mütəxəssisləri narahat etməyə başlayıb.

Rəsmi Moskvanın maraqlarını düşünən ekspertlər verilişləri tənqid edir. Bu mütəxəssislər münaqişəyə Rusiyanı qatmaq istəyənləri anlamır.

Rusiya Federasiyasının Dövlət Dumasının sədri Leonid Kalaşnikov və rusiyalı jurnalist Olqa Skabeyeva “60 Dəqiqə” verilişində məsələ ilə bağlı öz fikirlərini bildirib:

Leonid Kalaşnikov: “Niyə Rusiya kiminsə ardınca düşüb onu müdafiə etməlidir? Erməni təyyarələrini vurduğu iddia edilən türk təyyarəsindən səs çıxmadı. Bu muzdlular da ciddi “fake”dir. Mənə Rusiya maraqlıdır. Rusiyanı daima bu münaqişəyə daxil etmək istəyirlər.

Mən bu təhlükəni ilk gündən görürəm. Bilirsiniz niyə? Bütün bizim liberal federal KİV, bütün jurnalistlər birləşib Rusiyanı qatmaq istəyirlər. Onlara maraqlı deyil ki, burada heç nə sübut olunmayıb. Hələ o vaxt Antanta, Böyük Britaniya Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Rusiyadan əvvəl. Rus məktəblərini, kanallarını bağlayanlar, niyə ruslar sizə həmişə borclu olmalıdır?”

Olqa Skabeyeva: “Sizin təklifiniz?”

Leonid Kalaşnikov: “Mən sizə demişəm. Rusiya, Azərbaycan və Ermənistan danışıqlar masasına oturmalıdır. Amma belə yox ki, biz sizin arxanızdan işlər görəcəyik, bizə heç kim heç nə etməyəcək. Belə yox! Onların rəhbərliyi sülhməramlı istəyir. Deyib! Öncə dedi, lazım deyil, sonra istədi”.

Olqa Skabeyeva: “Xeyr! Bu, TASS informasiya agentliyinin səhv interpretasiyasıdır. Sonra Nikol Paşinyanın dəqiq tərcüməsini dərc ediblər. O, çox ağıllı cavab verib ki, bu sual başqa situasiyada başqa iştirakçılarla Minsk qrupu ilə müzakirə edilməlidir. “Fake” kim tərəfdəndir, siz cavab vermədiniz?”

Leonid Kalaşnikov: “Fake”lər? Sizin tərəfdəndir. Öncə siz bu “fake”i yaydınız, mən bunu KİV-də oxumuşam”.

Olqa Skabeyeva: “Təyyarə barəsində bəs baş nazir xəbər verməmişdi ki?”

Leonid Kalaşnikov: “Siz bu xəbərin yalan olduğunu bu gün dəqiqləşdirmisiniz. Amma əvvəl siz bu “fake” xəbəri müzakirə edirdiniz!”

“Fake” xəbərlərlə təxribat yaradan tok-şoularda ermənipərəstləri rusiyalı hərbi ekspert İqor Korotçenko da qınayıb.

O bildirib ki, təxribat xarakterli çıxış edənlər Rusiya Federasiyasının maraqlarını əks etdirmir:

“Dəqiq anlayaq: Rusiya siyasi tok-şoularındakı heç bir ekspertin çıxışı Kremldə qəbul olunan siyasi qərarlara təsir etmir. Putin siyasi və hərbi qərarlarını yalnız Rusiya XİN-in, Müdafiə Nazirliyinin, kəşfiyyatının, xüsusi xidmət orqanlarının, həmçinin, Prezident Administrasiyasının analitik strukturlarının təqdim etdiyi məlumat və tövsiyələr əsasında qəbul edir.

Mən istisna etmirəm ki, mənim bir sıra həmkarlarım Ermənistana şəxsi simpatiyalarından çıxış edir, bir hissəsi Rusiyadakı erməni lobbisi tərəfindən ələ alınıb, lakin istənilən halda hansı mövqenin səsləndirilməsindən asılı olmayaraq, Putin qərarlarını siyasi tok-şoular əsasında qəbul etmir”.

Görünür, siyasi şərhçilər erməni lobbisindən dəstək alanları ifşa edib, yaxud Moskvanın Qarabağdakı əməliyyatlarda bitərəf qalması lobbiyə xidmət edənləri narahat edir. Rusiyada mövqelər milli maraqlar məcrasına yönəlir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO