Dünya 02.01.2020 17:17

Kamerunu ikiyə bölən problem – DİPLOMAT ŞƏRHİ - FOTO

Yanvarın 1-i kamerunlular üçün yalnız yeni ilin ilk günü demək deyil. Kamerun fransız müstəmləkəçiliyindən azad olan ilk Afrika ölkəsidir, 1960-cı il il yanvarın 1-də müstəqilliyini elan etmişdir.

1950-ci illərdə UPC (Kamerun Xalqının Birliyi) təşkilatı Fransadan qopmaq və sosialist iqtisadiyyati yaratmaq məqsədini qarşıya qoydu. İlkin mərhələdə  tamamilə fransız qanunvericiliyi, dili və adətlərini özündə cəmləşdirən siyasi elita müstəqillik uğrunda savaşın əleyhinə idi. Lakin xalqın artan təzyiqi nəticəsində 1955-ci il aprelin 22-i UPC “Proclamation Commune” adlı sənəd nəşr etdirdi və bu sənəd birbaşa müstəqillik manifestinə çevrildi. Məqsəd fransız müstəmləkəçiliyindən azad olunmaq və ingilis və fransız dilli Kamerunu birləşdirmək oldu.

1955-1964-cü illər Bamileke Savaşı, fransızca guerre cachee, Gizli Müharibə illəri kimi tarixə düşdü. 1959-cu ilin yanvarından Kamerun Azadlıq Ordusu silahlı mücadələyə başladı. 1960-cı il yanvarın birindən Kamerun müstəqil dövlət oldu. Ahmadou Ahidjo yeni müstəqillik qazanmış ölkənin ilk prezidenti elan edildi. 1964-cü ildə Britaniya səfirliyinin açıqladığı rəqəmə əsasən Bamileke Savaşı 76,300 vətəndaşın ölümü ilə nəticələndi. Bu əsas etibarilə müstəmləkəçilərə xidmət edən Kamerun Silahlı Qüvvələri ilə Fransız Ordusunun qətlə yetirdiyi adamlar idi. Bamileke regionu əhalisinin 80%-i məhv edildi. Ölənlərin dəqiq sayını bilmək çətindir. Belə ki, Fransız Administrasiyası bu sayı gizlətməyə çalışmışdır.

Kamerun qırğınları daha dəhşətli Əlcəzair Müharibəsi(1954-1962) ilə eyni vaxtda baş verdiyindən dünyanın əsas diqqəti Əlcəzairdə idi. Əlcəzairdə bu illər 1.5 milyon adamın qırıldığı bildirilir.

Bu da müstəmləkiçilik dövründən qalan miras

 Kamerun təsdiq olunmuş qaz ehtiyatlarına görə dünyanın 47-ci və neft ehtiyatlarına görə 55-ci ölkəsidir. Kamerun əhalisinin 70%-i kənd təsərrüfatı sahəsində, əsas etibarilə kakao və kofe plantasiyalarında çalışır. İstehsal sahələrindən tekstil və ərzaq sənayesini, eləcə də gəmi təmiri sənayesini qeyd etmək olar.

Paul Biya 1982-ci ildən hakimiyyətdədir və prezident olduğu illər ərzində ölümlər və həbslər vasitəsilə ölkədə dəhşətli qorxu atmosferi yarada bilmişdir.

Ölkənin böyük hissəsi fransızca danışır. İki regionda isə əsas ünsiyyət vasitəsi ingilis dilidir.

2016-cı ilin 6 oktyabrında hökumətin anqlofon regionlarda məhkəmələrə fransız dilli hakimlər təyin etdiyindən sonra   hüquqşünaslar dinc nümayişə çıxaraq, şimal-şərq və cənub şərq regionlarında məhkəmələrdə ingilis dilinin işlənməsinə icazə verməyi tələb etməyə başladılar. Tezliklə müəllimlər də bu təşəbbüsə qoşularaq tədrisin ingilis dilində aparılmasını tələb etdilər. Kamerunun Anqlofon Vətəndaş Cəmiyyəti Konsorsiumunun (Cameroon Anglophone Civil Society Consortium) (CACSC) təşəbbüsü ilə oturaq nümayişlər başladı. 2017-ci il oktyabrında hakimiyyət nümayişçilərə qarşı silah tətbiq etdi. Amnesty İnternational 17 adamın ordu tərəfindən güllələnməsini bildirdi. ABŞ-nın Merilend ştatında yaşayan 13 mindən artıq Kamerunlu konqressə və Dövlət departamentinə müraciət etdilər. ABŞ anqlofon etirazlarına qarşı silahlı qüvvə tətbiqini və ordunun ölümlə nəticələnən reydlərini pislədi.

Bundan sonra ingilis dilli regionlar müstəqillik elan etdilər. Hal-hazırda anqlofon regionları hakimiyyətə qarşı açıq müqavimət göstərirlər. Kamerun silahlı qüvvələrinin ən güclü bölümü Çevik Alay vaxtaşırı anqlofon ərazilərə reydlər keçirir, insanlara qarşı zorakılıq və işgəncələr tətbiq olunur. On minlərlə kamerunlu ABŞ, Kanada və Avropada sığınacaq almağa çalışır.

Müstəmləkəçilik dövrünün mirası kimi qırğınlar bir qədər fərqli formada davam edir.

 Son söz

Maraqlıdır ki, heç bir ölkənin parlamenti nə Kamerun, nə də Əlcəzair qırğınlarını tanımayıb, bu qırğınlara görə Fransanı qınamayıb. Nəyə görə? Bəlkə Afrika qitəsində axıdılan qanların rəngi fərqlidir? Yoxsa müstəmləkəçilərin törətdiyi cinayətlər mühakimə olunmur? Əlbəttə ki, tarixdə müharibə şəraitində baş vermiş hadisəni müzakirə edib qərar vermək hansı isə ölkənin qanunverici orqanının işi deyil. Bəs o zaman niyə Fransanın özü digər ölkələr ərazisində savaş zamanı baş vermiş hadisələrlə bağlı qərar çıxarmağı öz işi və haqqı hesab edir?….Kamerun atalar sözündə deyildiyi kimi, yağış yalnız bir evin damına yağmır. (Modern.az)

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO