Kann festivalı keçiriləcək
Mayın 14-dən 25-dək 72-ci Kann festivalı keçiriləcək. Bu münasibətlə Tyeri Fremo 2019-cu il kino festivalı üçün rəsmi seçilmiş filmlərin siyahısını təqdim edib.
Rakus.az xəbər verir ki, meksikalı Alixandro Qonsales İnnaritunun rəhbərlik etdiyi 72-ci Kann Kino Festivalının münsiflər heyəti müsabiqə üçün 19, müsabiqədən kənar 5, gecə seansı üçün 1 və xüsusi seanslar üçün 5 filmi rəsmi olaraq seçiblər.
Müsabiqə siyahısında Cim Carmuş “Ölülər ölmür”, Pedro Almodovar “Ağrı və qələbə”, Marko Belloço “Satqın”, Diao Yinan “Vəhşi qaz gölü”, Bonq Cun Ho “Parazit”, Jan-Pyer və Lük Darden “Gənc Əhməd”, Ksavye Dolan “Matyas və Maksim” filmləri yer alıb.
Festival Cim Carmuşun “Ölülər ölmür” filmi ilə açılacaq.
Festivalın fəxri “Qızıl palma budağı” mükafatı aktivində 80 film olan Alən Delona təqdim olunacaq.