Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən işğal başa çatıb. Azərbaycanın müzəffər ordusu Kəlbəcərə daxil olub.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyi dünən gün boyu Azərbaycan ordusunun irəliləməsini əks etdirən görüntülər yayıb.
Bu gün isə Kəlbəcər şəhərindən çəkilmiş görüntülər yayılıb.
Görüntülərdə barbar ermənilər tərəfindən dağıdılmış, yandırılmış, viran qoyulmuş şəhərin mənzərəsi əks olunub. Düşmən şəhəri tamamilə məhv edib, daşı daş üstdə qoymayıb.