Kəramət Böyükçöl müalicəyə başladı
Yazıçı Kəramət Böyükçöl müalicəyə başlayıb.
Rakus.az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib.
Xəstəxanadan fotosunu paylaşan K. Böyükçöl bunları yazıb:
“Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzrlü sayın. Müalicə olunub qurtarım, sonra danışarıq.
Jurnalistlərdən xahiş edirəm, atamı mənim yerimə danışdırmayın ki, onun dediyi sözlərdən bəzi ağzıgöyçəklər mənim əleyhimə istifadə etməsin. Mən uşaq deyiləm. Sinif yoldaşı ilə dalaşan uşağın valideynini məktəb direktoru iki dəqiqədən bir məktəbə çağırdığı kimi, siz də mənim atamı verilişə çağırıb mənim yerimə danışdırırsınız. Olmaz!
Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur. Sevgilər!”
Avqustun 18-də məişət zəminində səs-küy olduğu üçün K.Böyükçölün qonşularından polisə şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb. K.Böyükçöl avqustun 19-da sərbəst buraxılıb.