Keyfiyyətsiz şprislərlə bağlı məlumatlara münasibət bildirildi
Səhiyyə Nazirliyi son zamanlar dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb. Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb: “Vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına (aem@pharma.az) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətlərini bildirmələri tövsiyə olunur. Hər bir şikayət dərhal araşdırılacaq”.