Səhiyyə 16.05.2019 18:52

Xəstəxananın əməkdaşları YAP-a müraciət etdi - FOTO

1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi 550 nəfərin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının (YAP) qısa müddətdə iqtidara gəlməsi YAP-a, onun yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq ehtiramı və inamının nəticəsi idi.

Bu gün üzvlərinin sayı 800 minə yaxınlaşan partiyanın ikinci qurultayındakı çıxışında “Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidirlər, öz könlü ilə gəlməlidirlər. Bilməlidirlər ki, bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır” söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, bu partiyanın yaradılması ilə Azərbaycanda yeni bir demokratik sistem formalaşır: “Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır- siyasi, iqtisadi, sosial və başqa islahatlardır”.

Rakus.az xəbər verir ki, ötən gün Akadkemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbir sübut edib ki, ulu öndərin ideyalarını davam etdirən YAP həqiqi mənada xalqın, milyonların partiyasıdır.

Xəstəxananın baş həkimi Telman İbadov bildirib ki, respublikada aparılan geniş miqyaslı islahatlar, quruculuq işləri səhiyyə sistemində də əsaslı dönüş yaratmış, yeni xəstəxanalar istifadəyə verilib, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən müasir tibbi avadanlıq və preparatlarla təmin edilib: “Xəstəxanamız son illərdə əsaslı surətdə təmir olunub, müxtəlif korpuslarda müalicə olunan xəstələrə diqqət və qayğı artırılıb. Ən təcrübəli həkimlərdən və tibb işçilərindən ibarət kollektivimiz Azərbaycanda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı üçün dövlət başçımız, YAP Sədri İlham Əliyevə minnətdarlığını fəaliyyətləri ilə bildirir. Bu qayğını layiqli işləri ilə doğrultmağa çalışan çoxsaylı həkimlərimiz, tibb işçilərimiz içdikləri Hippokrat andına sadiqdirlər. Bu gün onlardan 280 nəfər YAP sıralarına daxil olmaq üçün ərizə ilə partiyanın Yasamal rayon təşkilatının xəstəxanadakı ərazi ilk təşkilatına müraciət ediblər”.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, 1992-ci ildə adları tarixə “91-lər” kimi yazılan vətənpərvər ziyalıların müraciətinə cavab verən ulu öndər Heydər Əliyev bu partiyanı yaratmaqla Azərbaycanda demokratik təsisatların əsasını qoyub, milli müstəqilliyimizi əbədiləşdirib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkədə sabitliyin, tərəqqinin, təminatı üçün göstərdiyi fədakarlıqlardan söz açan Tağı Əhmədov qeyd edib ki, YAP-ın kəmiyyət və keyfiyyətcə yenilənməsi, möhkəmlənməsi partiyamıza ümumxalq rəğbətinin və sonsuz inamının təcəssümüdür: “Azərbaycanda gedən ictimai-siyasi proseslərdə formalaşan, mütəşəkkil təşkilat kimi böyük nüfuz qazanan YAP xalqına, Vətəninə, millətinə xidmət etmək istəyən insanların partiyası olduğunu artıq ölkəmizi dünyada tanıtmaqla təsdiqləyib. Proqram və Nizamnaməsi Azərbaycan xalqının istək və arzularını əks etdirən partiya üzvlərinin sayının artması ulu öndər Heydər Əliyev ideyalarına sadiqlik olmaqla, Prezident, YAP Sədri İlham Əliyevə tükənməz etimadın ifadəsidir. Respublikamızda keçirilən prezident, parlament, bələdiyyə seçkilərində insanların YAP-a, bu partiyanın namizədlərinə etimadı həmişə yüksək olub”.

“Dünya birliyində böyük nüfuz qazanan Azərbaycanın inkişafı beynəlxalq təşkilatlarda nümunə göstərilirsə, bu uğurlarda YAP üzvlərinin xidmətləri böyükdür” sözləri ilə çıxışını davam etdirən T.Əhmədov vurğulayıb ki, ölkəmizdə ən mötəbər beynəlxalq simpoziumların, forumların, dünya ictimaiyyətinin diqqətində olan idman yarışlarının təşkili ulu öndərin görmək istədiyi Azərbaycanın dünyaya təqdimatıdır: “Respublikamızda əldə edilmiş bütün uğurlarda Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərinin xalq tərəfindən qiymətləndirilməsi siyasi kampaniyalarda YAP-ın qazandığı uğurlardır. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi məsuliyyətini hiss edir, avanqard rolunu fəaliyyəti, təşəbbüsləri ilə doğruldur. Partiyamızın üzvləri müxtəlif sahələrdə nümunə göstərərək ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası regionda, dünya miqyasında tanınan, böyük nüfuz qazanan güclü, vahid, siyasi təşkilatdır. Beynəlxalq əlaqələri genişlənən partiyamız dövlət siyasətimizin əsasını təşkil edən qarşılıqlı əməkdaşlıq prinsipini fəaliyyətinin başlıca amili kimi daim diqqətdə saxlayır. Bütün Azərbaycan xalqında partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün 280 nəfərin partiyamızın sıralarına daxil olmaq istəyi YAP-a, ulu öndər Heydər Əliyev siyasətinin davamına ümumxalq inamının, etimadının nümunəsidir”.

Tədbirdə Yeni Azərbaycan Partiyasına daxil olmaq istəyənlərin müraciətləri nəzərə alınıb. Belə bir inam ifadə olunub ki, onlar YAP üzvü kimi də etimadı layiqli işləri ilə doğruldacaqlar.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO