Klinikada ölən həkim yeganə mütəxəssis idi - FOTO
Onun sözlərinə görə, cərrah Siruz Qoçqanını əməliyyatın tam risksiz olacağı barədə məlumat verib və bununla Sona Vəliyevanı aldadıb:
“Bizim əsas narazılığımız odur ki, bu Siruz Qoçqanını elə reklam, elə təbliğ edirlər ki, insanlar elə inanır, gözüyumlu ölümə gedir.
Bu əməliyyatın sonunda emboliyanın olması pasiyentə deyilməlidir. Amma xəstələrə yanlış informasiya verirlər”.
Rəşid İbrahimov bildirib ki, baş verən hadisə hamını şoka salıb: “Biz belə bir əməliyyatla bu cür gözəl insanı, həkimi itirməyimizin şokunu yaşayırıq. Xanımın həyat yoldaşı da ürək tutmasından xəstəxanadadır”.
O, cərrahdan şikayət edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Ailə hələ ki, klinika və həkimin məsuliyyətə cəlb olunması, hər hansı şikayət barədə düşünmək vəziyyətində deyil”.
Xatırladaq ki, vəfat edən həkim öz sahəsi üzrə Azərbaycanda yeganə mütəxəssis imiş. Elmi –Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyevanın 2 övladı var.
Qızı 9-cu sinif şagirdidir. Oğlu isə Türkiyədə tibb üzrə təhsil alır. (Medicina.az)