Koronavirusun yeni növü qorxuludurmu?
“Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus xüsusi virus deyil”.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fundamental və Tərcümə Tibb Tədqiqat Mərkəzinin yoluxucu xəstəliklər eksperimental modelləşdirmə və patogenezi şöbəsinin müdiri Aleksandr Şestopalov məlumat yayıb.
Mütəxəssis qeyd edib ki, virus mutasiya etməyə davam edir, lakin onun patogenliyi böyük dəyişikliklərə məruz qalmır.
Mütəxəssisin fikrincə, virusun yeni variantının dominant ola biləcəyini söyləmək hələ tezdir, bununla belə, SARS-CoV-2 tədqiqatı davam etdirilməlidir.
Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu söyləmişdi.