Dünya 30.11.2019 23:39

Rusiya-Ukrayna gərginliyi – ABŞ-ın səbr siyasəti – TƏHLİL - FOTO

Prezident Donald Tramp üzərində impiçment araşdırması çərçivəsində Ağ Evin Ukrayna lideri prezidentə siyasi lütf etməyə razılaşmadığı təqdirdə Ukraynaya hərbi yardımını ləngidib-ləngitmədiyi təhqiq olunur.

Rakus.az xəbər verir ki, Rusiya 2014-cü ildə Ukraynanın şərqini işğal, Krım ərazisini də qanunsuz olaraq ilhaq edib.

Birləşmiş Ştatlar o zamandan bəri Ukraynaya Donbas regionunda Rusiyanın dəstəklədiyi separatçılarla silahlı münaqişədə özünü güclü qonşusu olan Rusiyaya qarşı müdafiə etməsi üçün ümumilikdə 1.6 milyard dollarlıq yardım göstərib.

“O zamandan bəri həm Obama, həm Tramp administrasiyaları Ukraynanı batareya aşkar edən radarlar, gecə görmə cihazı, HMMWV maşınları və kaska kimi daha mühüm hərbi avadanlıqlarla təmin edib. Tramp administrasiyası isə onları Obama administrasiyasının verməkdən çəkindiyi daha ölümcül silahlarla təmin edib ki, buna tank əleyhinə raketlər və şərqdə rus separatçılara qarşı döyüşməyə yardım məqsədli təlimlər daxildir”, – Atlantika Şurasından Mark Simakovski bildirir.

Will Pomerantz

Vilson Mərkəzindən Vill Pomeranz deyir ki, sabiq prezident Barak Obama ABŞ-ı münaqişəyə çox cəlb etməkdən çəkinirdi.

“Obama böhranın başlanğıcında onun əhəmiyyətini kiçildib, Ukraynadakı döyüşlərə son qoymağa çalışırdı. Belə bir qorxu var idi ki, əgər Birləşmiş Ştatlar yardımı artırsa idi, Ruslar da yardımı artıracaqlardı və münaqişə böyüyəcəkdi. Bu ilin əvvəlində Ukrayna ordusu, ölkədəki bir çox sahə kimi tənəzzül və korrupsiyaya qərq olundu və heç döyüşən qüvvə olaraq mövcud ola bilmədi,”- o deyib.

Michael O’Hanlon

Tramp administrasiyası tank əleyhinə raketlər kimi yardımları təsdiqləyib. Amma Brukinqs İnstitutundan Maykl O’Hanlon deyir ki, Prezident Donald Tramp özü Ukraynaya qarşı o qədər də mübsət münasibət bəsləmir: “Düşünürəm ki, prezident Tramp əslində Ukraynaya yardım etmək istməirdi, amma onun müşavirləri ona bunu etməli olduğunu söylədi”.

Konqres fevral ayında Ukraynaya bu il üçün 391 milyon dollarlıq yardım paketini təsdiqləyib. Bu yardıma ekspertlərin zəruri olduğunu söylədiyi hərbi təlim daxildir.

O’Hanlon söyləyib ki, yardım nəticəsində Ukrayna ordusunun imkanları və döyüş ruhu yaxşılaşdı, baxmayaraq ki, bu yardım ABŞ-ın digər ölkələrə verdiyi yardımla müqayisədə cüzidir: “Biz Əfqanıstanı daha çox yardımla təmin edirik. Fikrimcə ilə bir miyard dollar yaxın pul veririk. Düşünürəm ki, hazırda ABŞ İraqa da bənzər yardım verir”.

Laura Kuper

Dövlət Departamentinin rəsmiləri bu yaxınlarda keçirilən impiçment dinləmələri zamanı verdikləri ifadələrdə bu yardımın Rusiyaya Amerikanın Ukraynanı yaxın müttəfiq hesab etdiyinə dair mesaj göndərdiyini bildirib.

“Biz həm də ona görə yardım veririk ki, Ukrayna Rusiya ilə daha güclü mövqedən sülh danışıqları apara bilsin. Bu müharibənin qurbanlarının sayı artır. Rusiyanın 2014-cü ildə işğalından bəri 14 min ukraynalı həyatını itirib”, – müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavin köməkçisi Laura Kuper bildirib.

Xatırladaq ki, Ukrayna, Rusiya, Fransa və Almaniyadan nümayəndələri dekabr ayında Parisdə bir araya gələrək münaqişəyə son qoymaq üçün sülh danışıqları aparacaq. ABŞ bu görüşdə iştirak etməyi planlaşdırmır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO