Kriminal 18.05.2019 20:46

Kriminal avtoriteti o öldürdü - FOTO

 Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs – Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun saxlanılmasını sübut edən şəkil əldə edilib.
Rakus.az xəbər verir ki, Z. Yusifov cinayət aləmində “Emin 444” və “Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. Z. Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu verib. H. Tağıyev qətldən dərhal sonra həbs olunub.

Qətl mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində baş verib. E. Səfərov kütləvi dava zamanı öldürülüb. Onun yaxınlarının bildirdiyinə görə, qətldən 10 gün əvvəl avtoritetlə 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə olub. E. Səfərov xəbərdarlıq edib ki, Z. Yusifov səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinləri incitməsinə göz yummayacaq.

İlkin məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib.
E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Qeyd olunub ki, qətldə altı nəfər təqsirkardır.
Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb.
Saxlanılan Z. Yusifovun atası Əli Yusifov iddia edir ki, nə o, nə də oğlu davada iştirak etməyib və Emini öldürməyiblər. Lakin zərərçəkən tərəf iddia edir ki, Z. Yusifovdan başqa qətldə Əli Yusifovun digər oğlu da iştirak edib. Z. Yusifovun E. Səfərova hücum etməsini sübut edən şəkillər əldə olunub. Məhz bu zaman saxlanılan şəxs ayağından kəsilmiş-deşilmiş yarası alıb.
Hazırda işlə əlaqədar iki nəfər saxlanılıb.
Zərərçəkən tərəf tələb edir ki, Z. Yusifovun atası Əli Yusifov ittiham olunan şəxs qismində cəlb olunsun, çünki məhz o, Emin Səfərovu aldadıb və nəticədə Emin qətlə yetirilib.
Xatırladaq ki, “Emin Masallinski” kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və səkkiz saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkib. (Oxu.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO