Kuba COVID-19 əleyhinə vaksini sınaqdan keçirir
Kuba SARS-CoV-2 koronavirus əleyhinə vaksininin klinik sınaqlarına gələn həftə başlayacaq. Sınaqlar 2021-ci ilin əvvəllərinə kimi davam edəcək.
Rakus.az xəbər verir ki, Dövlət Vaksin İnstitutu tərəfindən hazırlanmış vaksin SOBERANA 01 adlanacaq və əzələdaxili daxil olaraq iki dozada tətbiq ediləcək.
19-80 yaş intervalına aid 676 nəfərin iştirak edəcəyi klinik sınaqlar iki mərhələdə keçiriləcək, onlardan birincisi 24 avqust bazar ertəsi günü başlayacaq.
Dövlət mərkəzi vaksin tədqiqatının başa çatmasını 11 yanvar 2021-ci il tarixinə təyin edib, tədqiqatın nəticələri fevralın 1-də açıqlanacaq və həmin ayın 15-də dərc ediləcək.
Kuba böyük biotexnologiya və əczaçılıq sənayesinə malikdir, bu da öz növbəsində ona meningit, ağciyər xərçəngi (terapevtik) və digər xəstəliklər əleyhinə vaksinləri hazırlamağa imkan verdi.
COVID-19 ilə əlaqədar yeni vaksinin klinik sınaqlarının elan edilməsi əsasən Havana və ətraf rayonlarda xəstəliyin bəzi yayılma hallarının mövcud olduğu vaxt – virusun nəzarət altına alındığı güman edildiyindən sonra baş verir.
Kubada yoluxanların sayı – 3408, ölənlərin sayı isə – 88 nəfər təşkil edir.